Saytımızı qiymətləndirin


 
 

"Rusiya sülhməramlıları ömürlük Qarabağda qalmalıdırlar" - Koçaryan
Tarix: 15-06-2021 | Saat: 15:13
Bölmə:Karusel / Gündəm / Qarabağ | çapa göndər

title

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan hesab edir ki, Dağlıq Qarabağda yerləşən rus sülhməramlılarının mandatı müddətsiz olmalıdır.

Qarabaginfo.az- Qazet.az-a istinadən xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Koçaryana görə, Qarabağda böyük bir qarşıdurmanın olmaması tərəflərin Rusiyanın sülhməramlı missiyasına hörmət etdiyini göstərir.

"Hələlik mənzərə belədir. Ancaq sülhməramlıların mandatı 5 il ilə məhdudlaşır. Ən böyük problem budur. Bu mandat müddətsiz olsaydı, daha yaxşı olardı. 4,5 il sonra Azərbaycan sülhməramlıların səlahiyyət müddətinin uzadılmasına qarşı olduğunu Rusiyaya bildirmək hüququna malikdir. Razılaşmaya görə Rusiya getməli olacaq.

Bununla yanaşı, Rusiya Azərbaycanın qonşusudur. Moskva Bakı ilə dostluq münasibətləri qurmağa çalışır. Vəziyyət çox çətindir", - deyə Koçaryan bildirib.



Xəbəri paylaş

1478 dəfə oxunub.

Digər xəbərlər