Tarix: 10-06-2021 | Saat: 21:41
Bölmə:Karusel / Təhsil | çapa göndər
Yay məktəbinə 177 min 935 şagird müraciət edib.
Qarabaginfo.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev iyunun 10-da feysbuk üzərindən təşkil olunan canlı yayımda deyib.
O bildirib ki, müraciət edən şagirdlər 2653 məktəbi əhatə edir.
Xatırladaq ki, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə iyunun 16-dan etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla yay məktəbinin təşkil ediləcək. İyunun 30-dək davam edəcək yay məktəbi ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən olunacaq.
Yay məktəbində bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edə bilərlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 3 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 4 saat olmaqla təşkil olunacaq. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə veriləcək.
Digər xəbərlər