Saytımızı qiymətləndirin


 
 

Bu il Bakıda və regionlarda tikiləcək yeni yollar və körpülər (SİYAHI)
Tarix: 22-02-2018 | Saat: 10:24
Bölmə:Karusel / Sosial | çapa göndər

 

 

“2018-ci ildə kollektivimiz qarşısında ən azı 600 kəndi əhatə edəcək 2 min kilometrdən çox avtomobil yolu çəkilməsi kimi böyük bir vəzifə müəyyənləşdirilib”.

"Qarabaginfo" "Trend.az"a istinadən məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə heyətinin sədri Saleh Məmmədov deyib.

S.Məmmədov bildirib ki, AAYDA 2018-ci ildə Bakı şəhərində uzunluğu 106,4 kilo­metr olan 11 layihənin, uzunluğu 1274,1 kilometr olan 52 kəndlərarası layihənin, habelə respublika əhəmiyyətli avtomobil yollarının və xarici kredit vəsaiti hesabına yerinə yetiriləcək layihələrin icrasını həyata keçirəcək:

“Bununla yanaşı, il ərzində Olimpiya stadionu ərazisində inşa olunan tunelin, müxtəlif dizaynda 5 piyada keçidinin tikintisi, Ağ şəhər layihəsi, Ziya Bünyadov prosperkti ilə Balaxanı-Binəqədi şosesini birləşdirən yeni yolun tikintisi, Şamaxı-Padar yolunun davamı olaraq Padar-Sabirabad yolunun tikintisi, Rusiya Federasiyası ilə sərhəddə Samur çayı üzərində yeni körpünün tikintisi, Sumqayıt şəhərində iki prospekt və iki küçənin yenidən qurulması, Qanlı göl ərazisində tikilən MİDA-Şərifzadə yolu və s. plana salınıb”.

S.Məmmədov bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci ildə ümumi uzunluğu ən azı, 2171 kilometr olan avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri layihəsi həyata keçiriləcək: “Artıq icra qrafiki təsdiq edilib. Bununla yanaşı, dövlət başçısının müvafiq sərən-camına əsasən, nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun M.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikintisinə qərar verilib. Ümumi uzunluğu 243 kilo­metr təşkil edən Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolu tam olaraq cari ildə istifadəyə veriləcək”.



Xəbəri paylaş

641 dəfə oxunub.

Digər xəbərlər
12-09-2021, 12:23 Sabah hava necə olacaq?