Gürcüstanın paytaxtı Tbilisi şəhərində güclü yanğın baş verib.
"Qarabaginfo" “Report.az”a istinadən xəbər verir ki, yanğın paytaxtın Eristavi küçəsində, “Didube” metro stansiyasının yaxınlığındakı Kirov adına zavodun anbarında qeydə alınıb.
Anbardakı yüngül sənaye, eləcə də, plastik və sintetik mallar yanır. Ətrafı qatı tüstü dumanı bürüyüb.
Əraziyə 18 yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub.
Yanğının başvermə səbəbi bilinmir.