Saytımızı qiymətləndirin


 
 

“Xəritəyə baxsaq, Türkiyənin əhəmiyyətini anlayarıq” - Stoltenberq
Tarix: 05-06-2021 | Saat: 07:23
Bölmə:Karusel / Siyasət | çapa göndər

 “Xəritəyə baxsaq, Türkiyənin əhəmiyyətini anlayarıq”

NATO DEAŞ terror təşkilatı ilə qlobal mübarizəyə əhəmiyyətli töhfə verən Türkiyə ilə sıx əməkdaşlığı davam etdirəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq bildirib.

“Türkiyə NATO-nun mühüm müttəfiqidir. Əgər sadəcə xəritəyə baxsaq, bu ölkənin əhəmiyyətini anlayarıq. Bu, İraq və Suriya ilə həmsərhəd olan NATO-nun yeganə müttəfiqidir. Türkiyənin infrastrukturu DEAŞ ilə mübarizədə çox mühüm rol oynayır”, - baş katib deyib.

Blok rəhbəri, həmçinin miqrasiya böhranının aradan qaldırılmasında Ankaranın rolunu alqışlayıb. “Biz cənub qonşuluğumuzu sabitləşdirmək üçün Türkiyə ilə sıx əməkdaşlığı davam etdirəcəyik”, - deyə Stoltenberq bildirib.

Türkiyə-Yunanıstan münasibətlərindəki gərginliyə toxunan Stoltenberq qeyd edib ki, NATO alyans daxilində fikir ayrılıqlarının aradan qaldırılması üçün effektiv platformadır.

O əlavə edib ki, Türkiyə və Yunanıstan hərbçiləri arasında arzuolunmaz insidentlərin və toqquşmaların qarşısının alınması üçün yeni yaradılmış mexanizm bunun yaxşı nümunəsidir. (Qafqazinfo)

 

 



Xəbəri paylaş

1362 dəfə oxunub.

Digər xəbərlər
5-10-2018, 15:51 Sabah yağış yağacaq