Tarix: 16-06-2023 | Saat: 11:39
Bölmə:Karusel / Hadisə | çapa göndər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Quba-Xınalıq avtomobil yolunun bir hissəsini lil və qaya parçalarından təmizləyib.
Qarabaqinfo.az bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, güclü yağış nəticəsində yaranmış sel suları yolun bəzi hissələrini yararsız hala salıb, yol infrastrukturuna və yol qurğularına ciddi ziyan vurub. Bundan başqa sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolda avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.
Quba-Xınalıq avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün Agentliyinə məxsus "5 N-li Yol İstismarı" MMC təbii fəlakət baş verdiyi andan etibarən tədbirləri görüb, əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər edib.
Təxirəsalınmaz tədbirlər nəticəsində yolun 52-ci km-nə qədər olan hissəsində təhlükəsiz və fasiləsiz hərəkət təmin edilib. Hazırda Quba-Xınalıq yolunun 52-56-cı km-lik hissəsində işlər davam etdirilir.
Digər xəbərlər