Saytımızı qiymətləndirin


 
 

Əsgərlərin cəsədlərinin torbalarda gizlədilməsi Ermənistanı qarışdırdı - Etiraz
Tarix: 01-06-2021 | Saat: 17:28
Bölmə:Karusel / Region | çapa göndər

Əsgərlərin cəsədlərinin torbalarda gizlədilməsi Ermənistanı qarışdırdı - Etiraz

“Dünən Abovyanın xəstəxanalarından birinin meyitxana zirzəmisində ortaya çıxan dəhşətli mənzərə - torbalarda bir-birinin üstünə yığılmış əsgərlərin cəsədləri yalnız onların valideynlərini deyil, həm də bütün zəkalı insanları şoka salıb”.

Qarabaginfo.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu fikirlər “Nəsillər üçün Həqiqət” Təşəbbüsünün yaydığı açıqlamada yer alıb. 

Bəyanatda xüsusilə qeyd olunur: “Bu mənzərəni gördükdən sonra məğlubiyyət, təslimçilik simvolunun yanında duracaq kimsə varmı?

Dəfələrlə bildirdik ki, təslimçi və arvadı uzun müddət qurbanların həqiqi sayını gizlədib, bu və ya digər mərhumun cəsədlərinin qohumlarına və valideynlərinə nə vaxt veriləcəyinə şəxsən qərar veriblər. Qurbanların siyahısında neçə adın açıqlanmasına da”.

Bəyanat müəllifləri Abovyandakı dəhşətli mənzərəyə görə hazırkı baş nazir kimi, keçmiş səhiyyə naziri Arsen Torosyan da məsuliyyət daşıdığını və qanunla nəzərdə tutulmuş ən sərt cəzaya layiq görülməsini tələb ediblər.



Xəbəri paylaş

2356 dəfə oxunub.

Digər xəbərlər