Saytımızı qiymətləndirin


 
 

Bakıda Xəzər dənizi belə çirkləndirilir
Tarix: 10-10-2023 | Saat: 12:28
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Bakıda Xəzər dənizi belə çirkləndirilir

“Şəhərdə yığılan tullantı sularının 60%-i təmizləyici qurğulara yönəldilir”.

Qarabaqinfo.az xəbər verir ki, bunu Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib. 

“Qalan hissəsi isə təmizləmə prosesindən keçirilmədən ətraf mühitə və yaxud dənizə axıdılır. Bu da Xəzər dənizinin çirklənməsi, Bakıdan tullantı sularının təmizlənmədən Xəzərə axıdılmasını gündəmə gətirir”,- nazir müşaviri qeyd edib.
 Rasim Səttarzadə bildirib ki, müəyyən qanunların maddələrinin icrası ilə bağlı problemlər görünür:

“Azərbaycanın təkcə milli qanunvericilik çərçivəsində deyil, beynəlxalq öhdəlikləri də var. Çünki Azərbaycan bir sıra çoxtərəfli müqavilələrin, o cümlədən ekoloji konvensiyaların üzvüdür. Bunlar hamısı Azərbaycan Respublikasının qanunu kimi nəzərdə tutulub və onlar çərçivəsində müəyyən öhdəliklərimiz, yerinə yetirilməli məsələlər var. Mən deyə bilmərəm ki, Azərbaycanda bu dəqiqə ekoloji qanunvericilik 100 faiz icra olunur. Ekologiya ilə bağlı müəyyən qanunların maddələrinin icrası ilə bağlı problemlər olduğunu görürük. Bu qanunların həyata keçirilməsi üçün külli miqdarda maliyyə vəsaiti və uzun vaxt tələb olunur”.

 


Xəbəri paylaş

1157 dəfə oxunub.

Digər xəbərlər
10-04-2022, 23:31 İran AES inşa edir