Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Qran-prisi üçün Bakıya 42 pilot gələcək
Tarix: 31-05-2021 | Saat: 17:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Azərbaycan Qran-prisi üçün Bakıya 42 pilot gələcək

“Paytaxt Bakı "Formula 1" üzrə Azərbaycan Qran-prisinə tam hazırdır. Yarış üçün nəzərdə tutulan bütün infrastruktur qurulub”.

Qarabaginfo.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva bildirib. Onun sözlərinə görə, 4 - 6 iyunda baş tutacaq Qran-pridə iştirak etmək üçün 10 komanda və 20 pilot gəlməyə başlayıb: “Formula 1"lə yanaşı, "Formula 2" çempionatı da paralel keçirilir. Bu çempionatda isə 11 komanda, 22 pilot yarışır. Ümumilikdə 42 pilot gəlməyə başlayıb. BŞH komandaların qarajlarındakı işləri, demək olar ki, yekunlaşdırıb. Trek üzərində test və sıralama mərhələləri artıq cümə - bazar günləri baş tutacaq”.

BŞH rəsmisi onu da vurğulayıb ki, Bakıdakı yarışın işıqlandırılmasına dünya mediasının marağı olduqca böyükdür: "Azərbaycan Qran-prisini 70-dən artıq əcnəbi media nümayəndəsi və 20-dək xarici telekanal işıqlandıracaq. Yerli medianın da akkreditasiyası artıq yekunlaşmaq üzrədir. Bu il yarışlar azarkeşsiz keçiriləcəyindən, onlar üçün nəzərdə tutulan əyləncə zonası, ümumiyyətlə, Bulvarda yerləşən "Formula 1" şəhərciyi olmayacaq”.

Ayan Nəcəf-Ağayeva Formula 1-dəki yeniliyə də diqqət çəkib. Onun sözlərinə görə, artıq qadınlar arasında da dünya çempionatının təşkili məsələlərinə diqqət yetirilməyə başlayıb. “Formula 1 W Series”, yəni, "Formula 1" üzrə Qadınlar Seriyası çox müzakirə olunan və təşkil olunan çempionatdır: “Hətta builki "Formula 1" mövsümünda 3 təşkilatçı ölkə qadınlar arasında da yarış keçirəcək”.



Xəbəri paylaş

305 dəfə oxunub.

Digər xəbərlər