Türkiyənin Uludağ Universitetində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib - FOTO
Tarix: 17-02-2018 | Saat: 11:30
Bölmə:Karusel / Dünya / Cəmiyyət | çapa göndər
672 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 17-02-2018 | Saat: 11:30
Bölmə:Karusel / Dünya / Cəmiyyət | çapa göndər
Türkiyənin Bursa şəhərinin Uludağ Universitetində “Azərbaycan ağlayırdı, sən ağlayanda Xocalı, Xocalı soyqırımını unutmadıq, unutdurmayacağıq” mövzusunda konfrans keçirilib.
"Qarabaginfo" "Report.az"a istinadən xəbər verir ki, Uludağ Universitetinin rektoru Yusuf Ulcay, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ali təhsil müəssisəsinin müəllim və tələbələri iştirak ediblər.
Əvvəlcə Türkiyədə təhsil alan azərbaycanlı tələbələr tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında məlumatlar veriblər. Ali təhsil müəssisəsində həmçinin Xocalı soyqırımının yaşandığı gecə lentə alınmış fotolardan ibarət sərgi açılıb.
Milli Məclisin deputatı Qənirə Paşayeva Xocalı söyqırımını törədənlərin 26 ildir layiqli cəzalarını almadıqlarını bildirib: "Xocalı soyqırımı yalnız Azərbaycan və Türkiyənin deyil, bütün türk dünyasının ortaq faciəsidir. Qarabağ münaqişəsinə dünya ictimaiyyəti ikili standartlarla yanaşır. Ona görə də soyqırımını törədənlərin cəzalandırlması üçün gənclər aktiv olmalıdırlar".
Konfransdan sonra Azərbaycan nümayəndə heyəti Bursa valisi İzzəddin Küçük və şəhər bələdiyyəsinin rəhbəri Alinur Aktaş ilə görüşüblər.
İ.Küçük "Azərbaycanın dərdi bizim dərdimizdir" deyərək hər zaman Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün hazır olduqlarını söyləyib.
A.Aktaş da, öz növbəsində, son illərdə hər iki ölkənin daha da möhkəmlənən qardaşlıq bağlarından söz açıb, Bursa şəhərində Xocalı parkının yaradılması, abidəsinin qoyulması və Azərbaycan küçəsinin salınması üçün bələdiyyə və valiliyin böyük bir layihə hazırladığını bildirib.
Eyni zamanda görüşdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı Bursa şəhərində möhtəşəm konsert proqramının keçiriləcəyi də vurğulanıb.
Sonda Uludağ Universitetinin rektoru Yusuf Ulcay Azərbaycan nümayəndə heyətini qəbul edib, Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün ali təhsil müəssisəsinin bütün imkanlarını səfərbər etdiyini açıqlayıb.
Xəbəri paylaş
Digər xəbərlər
13-09-2024, 10:10
Rusiyada Baş Prokurorluq bu kanalı "arzuolunmaz" elan edib
8-03-2023, 14:51
Separatçılardan sarsaq iddia: Ermənilər həddini aşdı
10-02-2021, 14:07
MN-dən dağlıq ərazidə xidmət edən əsgərlərlə bağlı AÇIQLAMA
24-04-2022, 00:54
Zelenski: “Putinlə görüşdən qorxmuram”
18-11-2020, 14:45
Azərbaycanda indiyədək 1549568 koronavirus testi aparılıb
23-08-2024, 17:36
“Naxçıvan TV”yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib
24-08-2021, 20:02
Kosmik Məsələlər üzrə Şuranın tərkibi genişləndirilib