Saytımızı qiymətləndirin


 
 

Aİ komissarı Samir Nuriyev və Hikmət Hacıyevlə görüşüb
Tarix: 08-07-2021 | Saat: 13:42
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Aİ komissarı Samir Nuriyev və Hikmət Hacıyevlə görüşüb

 

Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Qarabaqinfo.az-nın xəbərinə görə, bu barədə Aİ komissarı "Twitter"də bildirib.

"Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdə xüsusilə əlaqələnməni vurğulayaraq, İqtisadi və İnvestisiya Planının reallaşdırılması ətrafında vacib fikir mübadiləsi apardıq. Həmçinin COVID-19-un yaratdığı çətinliklərə cavab verilməsi barədə danışdıq", - deyə Aİ komissarı qeyd edib.



Xəbəri paylaş

1364 dəfə oxunub.

Digər xəbərlər