Saytımızı qiymətləndirin


 
 

Kəlbəcərin mineral yataqları işlənməsi və istismarı üçün Türk şirkətlərinə verildi
Tarix: 29-05-2021 | Saat: 22:17
Bölmə:Karusel / Multimedia | çapa göndər

Prezident İlham Əliyev bu gün mayın 29-da “Qaşqaçay”, “Elbəydaş” və “Ağdüzdağ” mineral yataqlarının işlənməsi, istismarı ilə bağlı bəzi məsələlər barədə sərəncam verib.

sərəncama əsasən, Yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan yataqların öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün istifadəyə verilməsinə dair müqavilələrin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müvafiq olaraq “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri ilə imzalamalı,  bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan yataqların istifadəyə verilməsindən irəli gələn məsələləri üç ay müddətində həll etməli, sərəncamın 1-ci hissəsində nəzərdə tutulan yataqların istifadəyə verilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

 

Mis istehsalı üzrə ixtisaslaşmış “Eti Bakır A.Ş.” şirkəti “Çengiz Holding”in tərkibinə daxildir. Bu holdinq İstanbul aeroportunun, Şəmkirçay su anbarının tikintisini həyata keçirib. Holdinqin sahibi tanınmış biznesmen Mehmet Çengizdir. O, 2004-cü ildə “Eti Bakır A.Ş.” şirkətini özəlləşdirib və öz holdinqinin tərkibinə daxil edib.

“Artvin Maden A.Ş.” şirkəti isə biznesmen Ömər Faruka və “Zirve” holdinqinə məxsusdur.

“Ağdüzdağ” qızıl yatağına gəldikdə isə onun sənaye əhəmiyyəti var. Bu yataq Kəlbəcərin cənub-şərqində yerləşir. “Qaşqaçay” və “Elbəydaş” yataqları barədə isə açıq mənbələrdə məlumata rast gəlinmir. (virtualaz.org)



Xəbəri paylaş

1311 dəfə oxunub.

Digər xəbərlər