Saytımızı qiymətləndirin


 
 

Salyanda dəstəyə ehtiyacı olan qadınlara hüquqi xidmət göstərilib
Tarix: 16-07-2025 | Saat: 12:45
Bölmə:Karusel / Sosial | çapa göndər

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyi Salyan rayonunda hüquqi dəstəyə ehtiyacı olan qadınlara hüquq xidməti göstərib.

Salyan rayon Tarix Diyarşünaslıq Muzeyində təşkil olunan görüş “Qadınların hüquqi müdafiəsinə dəstək” layihəsi çərçivəsində təşkil olunub.

Tədbirdə Salyan rayonundan olan 22 nəfər qadın iştirak edib.
Tədbirdə çıxış edən təşkilatın sədri Sevil Allahverdiyeva bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. 3 ay davam edəcək layihə Hacıqabul, Salyan və Biləsuvar rayonlarının ərazisini əhatə edir. Layihənin məqsədi məişət zorakılığından əziyyət çəkən, övladını təkbaşına böyüdən, aliment asılılığında yaşayan və digər hüquqi müdafiəyə ehtiyacı olan qadınlara hüquqi konsultasiya xidməti göstərib hüquqlarını qorunmaqla sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dəstək verməkdir.

Daha sonra layihənin hüquqşünası, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov müraciət edən Salyan rayon sakinlərinin müraciətlərini dinləyib. 14 nəfərin müraciəti dinlənilib. Onlardan 5 nəfərinə şifahi məsləhət verilib. 9 nəfərin isə aidiyyati dövlət qurumlarına müraciətləri hazırlanıb. Müraciətlər əsasən əlilliyin təyini, əlillikdən imtina, pulsuz dərmanla təminat, alimentin artırılması, aliment ödənilməməsi, nikahın pozulmasından sonra əmlak tələbi ilə bağlı olub.

Vətəndaşların müraciətləri əsasında onlara hüquqları izah edilib və müraciətləri ilə bağlı müvafiq qeydlər götürülüb. Hüquqi konsultasiya xidməti göstərilən şəxslərin sənədləri hazırlanaraq yaxın günlərdə vətəndaşlara çatdırılacaq. Hazırlanan müraciətlər həmin şəxslər tərəfindən imzalandıqdan sonra aidiyyatı qurumlara göndəriləcək.

   

 



Xəbəri paylaş

35 dəfə oxunub.

Digər xəbərlər