Saytımızı qiymətləndirin


 
 

Tanınmış Meksika müğənnisi Visente Fernandes vəfat edib
Tarix: 13-12-2021 | Saat: 08:40
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

Visente Fernandes

 

Məşhur meksikalı müğənni, “rançer” tərzində xalq musiqisi ifaçısı Visente Fernandez dekabrın 12-də 81 yaşında vəfat edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə müğənninin rəsmi İnstaqram səhifəsində məlumat yerləşdirilib.

“Böyük təəssüf hissi ilə onun vəfatı barədə məlumat veririk”, deyə paylaşımda bildirilib.

Sənətçinin ölüm səbəbi açıqlanmasa da, “Infobae internet” portalının məlumatına görə, o, avqust ayında yıxılaraq xəstəxanaya yerləşdirilib. Dekabrın 1-də müğənni reanimasiyaya yerləşdirilib, dekabrın 9-da vəziyyəti pisləşib.

Qeyd edək ki, Fernandes 1960-cı illərin ortalarında məşhurlaşıb. Karyerası ərzində 100-dən çox albom yazdırıb. 70 milyondan çox albomu satılıb. O, bir sıra mükafatlara layiq görülüb. Xüsusilə, 3 dəfə “Grammy”, 9 dəfə “Latın Grammy” və 14 dəfə “Lo Nuestro” mükafatları alıb.

Bundan əlavə, müğənni filmlərdə də rol alıb, azı 30 filmdə çəkilib. 1998-ci ildə Fernandez Hollivudun Fəxri Xiyabanında bir ulduz alıb.

Meksika Prezidenti Andres Manuel Lopez Obrador sənətçinin ailəsinə, dostlarına və sevənlərinə başsağlığı verib.(Apa)



Xəbəri paylaş

1428 dəfə oxunub.

Digər xəbərlər