Rusiya Polşa şirkətinin Ukraynadakı müəssisəsinə hücum edib.
Qarabaginfo.az bildirir ki, bu barədə Polşanın xarici işlər naziri bəyan edib.
Rusiyanın PUA-ları Vinnitsadakı “Barlinek Group” zavoduna zərbə endirib.
“Zavodun direktoru mənə məlumat verdi ki, zərbə üç tərəfdən qəsdən edilib. Yaralılar var, iki nəfər ağır yanıq xəsarətləri alıb. Ukrayna xidmətləri, o cümlədən konsulluğumuz hərəkətə keçir. Putinin cinayətkar müharibəsi sərhədlərimizə yaxınlaşır”, – Sikorski yazıb.
Barlinek şirkəti özü parket lövhələrinin istehsalı ilə məşğuldur.