Saytımızı qiymətləndirin


 
 

AzTV HD yayıma başlayır
Tarix: 29-05-2021 | Saat: 10:49
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

AzTV HD yayıma başlayır

Azərbaycan Televiziyasının modernləşdirilməsi üçün ölkə başçısı 2009-cu ildə İnvestisiya Fondundan vəsait ayrılması ilə bağlı fərman verib.

Qarabaginfo.az xəbər verir ki, bu fərmanın əsasında 65 yaşlı televiziya HD formatında yayıma başlayır.

Azərbaycan Televizası tərəfdaşı olan inteqrator şirkəti ilə birlikdə mərkəzi aparat otağını sıfırdan layihələndirib. Yeni formatda yayımlanacaq efir otağını hazırlamaqla yanaşı televiziyanın əməkdaşlarına təlimlər də keçilib.

“SH BP” şirkətinin baş direktoru Elman İmanquliyev bildirib ki, HD formatına keçid üçün mərkəzi aparat otağı, efir aparat otağı tikilib. Onun sözlərinə görə, gələcəkdə bütün kanalı HD formatına keçirmək gücünə malik maş-zal hazırlanıb: “Həmçinin elə infrastruktur quruldu ki, bunun sayəsində bütün TV mərkəzini HD formatına keçirmək mümkün olacaq”.

Bundan başqa, mərkəzi server otağı üçün yanğınsöndürmə balonları, təhlükəsizlik kameraları, avadanlıqların istiliyinin qarşısını almaq üçün kondisionerlər alınıb. Avtomatlaşdırılmış montaj sistemi də müasir televiziyanın tələblərinə cavab verəcək şəkildə yenidən qurulub.

Azərbaycan Televiziyasının texniki istehsalat birliyinin direktoru Elnur Əlizadə yeni texnologiyaların tətbiqinin, yeni aparaturaya keçidin özü ilə bərabər yeni tələblər də gətirdiyini deyir. Misal üçün, arxivləşdirmə, data transferi, digər spesifik sahələrdə yenidən işlər görülməlidir. Şəbəkə inftastrukturu yenilənməlidir. Yəni görüləcək işlər bununla bitmir: “Montaj stansiyaları artırılmalıdır. Yeni çəkiliş kameraları alınmalıdır. Bundan başqa, siz özünüz də bilirsiniz ki, çoxlu studiyalarımız, səyyar televiziya stansiyalarımız var. Onlar da inteqrasiya olunmalıdır. Çünki oradakı avadanlıqların çoxu ya istismar müddətini bitirib, ya da artıq mövcud tələblərə cavab vermir. Bizim də hədəflərimiz artıq perspektivdə bu istiqamətdə addımlamaqdır. Mərhələli şəkildə bu prosesləri həyata keçirmək lazımdır”.



Xəbəri paylaş

1319 dəfə oxunub.

Digər xəbərlər