Saytımızı qiymətləndirin


 
 

Ermənistanın yeni baş naziri Bakıya gəlməyə özündə cəsarət tapacaqmı...
Tarix: 27-05-2021 | Saat: 17:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan və Ermənistan Qarabağ münaqişəsinin yekun fazasına gəlib çatıblar. Hərbi əməliyyatlar arxada qalıb və 10 noyabr üçtərəfli razılaşmasının başlıca qarantı olan Rusiya öz sülhməramlılarını regionda yerləşdirərək müharibənin yenidən başlaması perspektivlərinin üstündən xətt çəkib.

Ermənistanda isə bəzi revanşist qüvvələr 10 noyabr üçtərəfli razılaşmanı 1994-cü ildə atəşkəsə dair imzalanmış Bişkek protokolu ilə müqayisə etməyə çalışırlar. Lakin özünün hüquqi və siyasi əhəmiyyətinə görə, bunlar tamamilə fərqli sənədlərdir.

Birincisi, Bişkek protokolu parlamentlərin spikerləri və müdafiə nazirləri səviyyəsində imzalanmışdı, ancaq hərbi əməliyyatların dayandırılmasını nəzərdə tuturdu. Qarşıduran tərəflər öz mövqelərində qalırdılar. Üçtərəfli bəyanat isə dövlət başçıları tərəfindən imzalanıb, üstəlik onu Rusiya prezidenti öz imzası ilə möhkəmləndirib və münaqişənin yekun həllinin təminatçısı olub. Üstəlik üçtərəfli bəyanat erməni qoşunlarını birinci müharibənin dövründə işğal edilmiş 3 rayondan çıxarmaq öhdəliyi qoyurdu.

Moskva prosesi yekun sülh razılaşmasının yolunu açır

İkincisi, üçtərəfli bəyanat yekun sülh razılaşmasının imzalanmasının əsasını qoyur. Tərəflər bütün nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına dair üzərlərinə öhdəlik götürürlər. Bundan əlavə Moskva razılaşması Azərbayanla Ermənistanın sərhədinin demarkasiyasını və delimitasiyasını nəzərdə tutur. Və nəhayət başa çatmış münaqişə zonasında qarant-ölkənin qoşunlarının yerləşdirilməsi bütün potensial riskləri və hərbi əməliyyatların yenidən başlanması ehtimalını heçə endirir. Bişkek protokolu isə ancaq hərbi əməliyyatların dayandırılmasını nəzərdə tuturdu. Bu protokolun imzalanmasından sonra Böyük Sülh sazişinin prinsiplərinin formalaşdırılmasına dair danışıqları erməni tərəfi iki dəfə pozdu-Levon Ter-Petrosyanın devrilməsindən və parlamentdəki gülləbarandan, Vazgen Sərkisyanla Karen Dəmirçiyanın öldürülməsindən sonra.

Bişkek prosesini Ermənistandakı çevrilişlər və terror aktları pozdu

İndi isə erməni tərəfi ilk növbədə bəzi qərb qüvvələrinin dəstəyi ilə gündəmə yeni nizamlama prinsipləri gətirməyə, Qarabağın dağlıq hissəsinin Rusiya sülhməramlılarının nəzarətində olan hissəsinin statusunun müəyyənləşdirilməsinə çalışır. Azərbaycan isə məsələnin həmişəlik bitdiyini bildirir və Ermənistandan tələb edir ki, onun ərazi bütövlüyünü qeyd-şərtsiz tanısın. Öz tərəfindən Azərbaycan Ermənistanın ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri çərçivəsində tanımağa hazırdır. Azərbaycan həm hüquqi-siyasi, həm mənəvi baxımdan öz qəti mövqeyində haqlıdır.

Axı 26 il ərzində Bakı Qarabağın dağlıq hissəsinin statusunun müzakirəsinə hazır idi. Ancaq Ermənistan işğal etdiyi 7 rayonu qaytarmaqdan imtina etdi. Qarabağın dağlıq hissəsinin taleyi isə bu rayonların işğaldan azad edilməsindən sonra müəyyən edilməli idi. Lakin Azərbaycan minlərlə şəhid verərək və möhtəşəm hərbi qələbə qazanaraq Madrid prinsiplərinin birinci hissəsini öz gücü ilə həyata keçirdi. Və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail oldu. İndi özünün hüquqi əhəmiyyətini itirmiş sənədlər arasında hansı danışıqlardan, hansı Madrid prinsiplərindən söhbət gedə bilər?

Ortada ancaq bir sənəd var, o da üçtərəfli bəyanatdır. Ortada bir vasitəçi qalıb, o da regionda öz qüvvələrini yerləşdirərək sülhə təminat yaradan Rusiya.

Erməni tərəfi Azərbaycanla münaqişəni həlli düyünüə düşmüş hansısa “qordi düyünü” kimi təqdim edir. Lakin dünya tarixində bu cür münaqişələrin həllinə dair çoxsaylı nümunələr var. İsraillə Misir arasında Kemp-Devid razılaşmasını buna misal göstərmək olar. Bu sülh razılaşması sayəsində düşmən dövlətlər regional təhlükəsizliyi təmin edən müttəfiqlərə və tərəfdaşlara çevrildilər. ABŞ prezidentinin vasitəçiliyi ilə əldə edilən bu sülh razılaşmasından dərhal sonra Qahirənin və Dəməşqin astanasında olan İsrail qoşunları Süveyş kanalına geri çəkildi, Qolan təpələrinin bir hissəsini Suriyaya qaytardı. Ərəb və İsrail qoşunlarının təmas xəttində BMT qoşunları dayandı. Lakin Ənvər Sadat (Misir prezidenti) və Golda Meirlə Moşe Dayan gözəl başa düşürdülər ki, yekun sülh Yaxın Şərqin tarixində yeni səhifə açacaq. Amma Kemp-Devid razılaşmasına aparan yol qan, məğlubiyyətlər, ərəb və İsrail xalqlarının, siyasətçilərinin böyük itkiləri hesabına başa gəlmişdi. Və bu yolu getməyə dəyərdi. Kemp-Devid razılaşması nəticəsində regionun siyasi landşaftı kökündən dəyişdi və İsraillə ərəb ölkələrinin barışması ilə müşaiyət olunan hazırkı “Avraam razılaşmasına” yol açdı.

Yaxud Balkanlara sülh gətirən Deyton razılaşmasının tarixçəsinə də nəzər salmaq olar. Məhz dünya tarixindəki bu cür nümunələrə nəzər salan İlham Əliyev özünün son çıxışlarında Ermənistanla yekun sülhə tez-tez çağırışlar edir, bunun əhəmiyyəti barədə danışır. Ən azından İlham Əliyev Azərbaycanın belə sülh razılaşması üzərində işə başlamağa hazır olduğunu bildirir. Və belə görünür ki, Ermənistan hakimiyyətinin bu məsələdəki susqunluğu seçkilərə və yeni hökumətin formalaşmasına qədər davam edəcək.

Lakin Ermənistanın yeni baş naziri Ənvər Sadatın cəsarətini təkrar edə biləcəkmi? O, Bakıya gəlib Azərbaycan parlamentində çıxış edə və Azərbaycan xalqına gələcək sülh modelini təklif edə bilərmi? Kemp-Devid razılaşmasının imzalanmasına bir il qalmış Ənvər Sadat Qüdsə misli görünməmiş səfər etmişdi. Yəqin ki, indiki erməni siyasətçilərindən ancaq Ter-Petrosyan buna cəsarət edərdi.

Yaxın Şərqdə sülhün qurucuları-Begin, Karter və Əsəd

ABŞ prezidenti İsrail və Misir liderlərinin ağrılı sülh razılaşmasına hazırlaşması prosesindən danışaraq xatırlayırdı ki, İsrail baş naziri Menahem Begin də Ənvər Sadat kimi çox  tərəddüd edirdi. (Sonradan Ənvər Sadat öldürüldü, Menahem Begin isə əsəbləri korlandığı üçün istefa verdi). Axı o, İsrail qoşunlarının Sina yarımadasından çıxarılmasına dair taleyüklü qərar verməliydi. Yəni Ter-Petrosyanın sözləri ilə desək, “qanla əldə edilmiş torpağı kağıza dəyişməliydi”. Və prezident Cimmi Karterin son arqumenti işə yaradı: “Siz nəvələrinizin gələcəyi haqda düşünmüsüzmü? Başa düşürsünüzmü ki, nə vaxtsa onlar da qəddar müharibənin qurbanı ola bilərlər?”. Begin razılaşdı.

Paşinyan nəvələrinin gələcəyi haqda düşünməlidir...

Erməni siyasi elitası isə nə 1997-ci ildə, nə sonra Beginin nümunəsini təkrarlamadı və qanla aldıqları torpaqları kağızla geri vermədi. Lakin erməni liderləri Ənvər Sadatın yolunu gedə və öz xalqını əbədi qarşıdurmadan, blokadadan, küncə sıxılmaqdan xilas edə, gələcək nəsillərə ümid verə bilər. Nəvələrin xoşbəxtliyi naminə. Hansı ki, Karter onların sayəsində düşmən siyasətçiləri sülhə inandıra bilmişdi...



Xəbəri paylaş

1345 dəfə oxunub.

Digər xəbərlər