Saytımızı qiymətləndirin


 
 

Prezidentin yüksək vəzifə verdiyi Emin Hüseynovla bağlı maraqlı məlumatlar...
Tarix: 24-05-2021 | Saat: 19:32
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Prezidentin yüksək vəzifə verdiyi Emin Hüseynovla bağlı maraqlı məlumatlar...

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Emin Zamin oğlu Hüseynov Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Qarabaginfo.az xəbər verir ki, Emin Zamin oğlu Hüseynov 12 noyabr 1974-cü ildə Lənkəranın Boladi kəndində doğulub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Kommersiya fakültəsini Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bitirib.

1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə magistr dərəcəsini alıb. 2009-cu ildə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsini alıb. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

1998 – 2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində iqtisadçı

2001 – 2003-cü illərdə Beynalxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəsinin Ofisində iqtsadçı

2003 - 2005-ci illərdə Dünya Bankının Azərbaycandakı Ölkə Ofisində ölkə üzrə iqtisadçı

2005 - 2007-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar departamentinin direktoru

2007 – 2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və statistika departamentinin direktoru

2008-2010-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında Tədqiqatlar departamentinin direktoru, Mərkəzi Bankın baş iqtisadçısı

2010 – 2013-cü illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və inkişaf mərkəzinin direktoru, Mərkəzi Bankın Baş direktoru

2013 – 2016-cı illərdə Azərbaycan Diplomatiya Akademiyasında, Strategiya və inkişaf məsələləri üzrə prorektor

2016-cı ilin yanvar ayından iyun ayına kimi "ADA” Universitetində Elmi məsələlər və strategiya üzrə prorektor

2016-cı ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Sərəncamı əsasında yaradılmış İşçi Qrupun üzvü.

2016-cı ildən yeni təyinatına qədər isə maliyyə nazirinin müavini vəzifəsində çalışıb. (Yenisabah)

Evlidir, üç övladı var.



Xəbəri paylaş

1335 dəfə oxunub.

Digər xəbərlər