Saytımızı qiymətləndirin


 
 

Toyların keçirilməsinə hansı qaydada icazə verilə bilər? - AÇIQLAMA
Tarix: 24-05-2021 | Saat: 15:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

title

"Azərbaycanda koronavirusa yoluxmaların azalmasına əsas səbəblərdən biri də vaksinasiyanın keçirilməsidir".

Qarabaginfo.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, artıq vurulan vaksinlərin ümumi sayı 2 milyona çatır:

“Koronavirusa yoluxmanın azalması müəyyən yumşalma tədbirlərinin həyata keçirilməsinə imkan verir. Bildiyiniz kimi TƏBİB rəsmisi də həm açıq havada maskadan istifadə tələbinin aradan qaldırılması, həm də açıq havada toyların keçirilməsi ilə bağlı qaydaların hazırlandığını bildirib. Hər iki qərar cəmiyyətin çoxdan gözlədiyi bir qərardır. Artıq yay mövsümü gəlir və açıq havada maskasız gəzmək insanların sağlamlığı üçün də faydalıdır. Pandemiya səbəbindən belə bir tələbin qoyulması zərurətə çevrilmişdi, ancaq ölkəmizdə virusla bağlı müsbət tendensiyanın əldə edilməsi bu tələbin aradan qaldırılmasına imkan verir.

Ancaq maska tələbinin aradan qaldırılması pandemiyanın sona çatması anlamına gəlməməlidir. Eyni zamanda bu o demək deyil ki, insanlar açıq havada bir-birlərinə yaxın məsafədə gəzə bilərlər. Əhali bundan sonra da qaydalara ciddi şəkildə əməl etməlidir ki, virus yenidən artmasın və yenidən qaydalar sərtləşdirilməsin”.

Deputat bildirib ki, toyların keçirilməsinə icazə veriləcəyi ilə bağlı xəbərlər cəmiyyətimiz tərəfindən sevinclə qarşılanıb:

“Şadlıq saraylarında zalların tutumunun dörddə-biri qədər qonaq sayının olması şərtilə toyların keçirilməsinə icazə verilə bilər. Əlbəttə, bu da olduqca müsbət haldır. Lakin qeyd etdiyim kimi burada da insanların məsuliyyətli davranması vacibdir. Hesab edirəm ki, qaydalara riayət olunub virusun yayılmasına imkan verməməklə və eyni zamanda vaksinasiya prosesində aktiv iştirak etməklə qısa müddət ərzində toyların məhdudiyyətsiz keçirilməsinə nail ola bilərik”.

Afət Həsənova: Prezident İlham Əliyev aztəminatlı ailələrin problemlərinin daha geniş şəkildə həll olunması vəzifəsini qarşıya qoyub
Afət Həsənova - Millət vəkili

(Trend)



Xəbəri paylaş

1323 dəfə oxunub.

Digər xəbərlər
23-05-2020, 13:55 Sabahın hava proqnozu