Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, təltif edilənlər arasında nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova da var. Sərəncama əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 20 illiyi münasibətilə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan nazirlik əməkdaşları təltif olunublar.