Saytımızı qiymətləndirin


 
 

Vladimir Putinin xüsusi nümayəndəsi Tahir Salahovdan danışdı
Tarix: 22-05-2021 | Saat: 21:36
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

 

Vladimir Putinin xüsusi nümayəndəsi Tahir Salahovdan danışdı
Mixail Şvıdkoy

"Tahir Salahovun vəfatı iki ölkənin incəsənəti və mədəniyyəti üçün böyük itkidir. O, bizim xalqlarımızı, dövlətlərimizi və mədəniyyət ənənəmizin geniş miqyaslı şəxsiyyət və yaradıcılıq adamı idi. Məsələ təkcə onun əsərlərində deyil, Tahir müəllimin dünyanı necə görməsindədir. Dünya onun üçün rəngarəng, müxtəlif, parlaq, heyrətamiz insanlarla və insan varlığının gözəllikləri ilə doludur”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri  "Report"un Rusiya bürosuna SSRİ və Rusiya sənətşünası, Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.

Şvıdkoy vurğulayıb ki, belə insanların gedişi həmişə vaxtsız və gözlənilməz olub.

"O zahirən sakit, çox dözümlü və nəzakətli insan idi. Onda hansısa Şərq alicənablığı vardı. Buna baxmayaraq, müasir sənət hərəkatını, müasir düşüncə hərəkatını son dərəcə həvəslə hiss etdi", - o deyib.

Sənətşünas Tahir Salahovun yüksək peşəkarlığını xüsusi qeyd edib: "Nə vaxt ki, Abşeron ətrafında yaşayırsan, dünyanı başqa cür hiss edirsən. Səmanın başqa səviyyəsi, başqa rənglər, həyatın başqa ritmi. Tahir bütün bunları tamamilə heyranedici şəkildə ötürürdü. O, iki xalqın böyük oğlu idi”.



Xəbəri paylaş

1314 dəfə oxunub.

Digər xəbərlər