Saytımızı qiymətləndirin


 
 

"BakıKart" balansının artırılması üzrə yeni layihəyə başlanılıb
Tarix: 21-05-2021 | Saat: 12:28
Bölmə:Karusel / Sosial | çapa göndər

 

#

"MilliÖN" ödəmə terminallarının operatoru olan "Komtec" şirkəti "BakıKart"la birgə yeni layihəyə start verib.

Qarabaginfo.az-a xəbər verir ki, bunu APA-ya "Komtec" şirkətinin müştəri xidmətləri bölməsinin rəhbəri Ülviyyə Əfəndiyeva deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində paytaxtda istifadədə olan "MilliÖN" kartomatlarından başqa, şirkətin mövcud olan bütün köşklərində "BakıKart" kartlarının balansını artırmaq mümkün olacaq.

"Hazırda bu xidmətin əlçatanlığını təmin etmək məqsədilə köşklərin proqram təminatı yenilənir. Texniki işlərin yaxın vaxtlarda yekunlaşacağı gözlənilir. Beləliklə, paytaxt üzrə 150 kartomatlardan başqa, istifadədə olan 1 200 "MilliÖN" köşklərində də "BakıKart" balansını artırmaq mümkün olacaq", - deyə Ü. Əfəndiyeva qeyd edib.



Xəbəri paylaş

1341 dəfə oxunub.

Digər xəbərlər
27-02-2024, 12:44 Yeni nazir kimdir? - Dosye