Saytımızı qiymətləndirin


 
 

"Ermənistan Azərbaycana deyil, özünün məsuliyyətsiz siyasətinə məğlub oldu" - Ter-Petrosyan
Tarix: 16-05-2021 | Saat: 16:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

title

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Ermənistan hakimiyyətinin siyasətini “qumar”a bənzədib.

Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Ermənistan hakim dairələri daha çox qazanmaq məqsədi ilə yeni “mərclər edir”, buna görə qazandıqlarını da itirirlər.

“Ermənistan Azərbaycana deyil, son 23 ildə bu ölkə hakimiyyətinin avantürist və məsuliyyətsiz siyasətinə görə özünə məğlub olub. Məğlubiyyətin əsası 1998-ci ildə hakim dairələr tərəfindən təyin olunmuş status-kvonu qorumaq və bir qarış torpaqdan əl çəkməməklə bağlı yalançı inanc üzərində quruldu. Məğlubiyyətin sonu isə Paşinyan tərəfindən elan edildi. ”Qarabağ Ermənistandır və s. kimi təxribat xarakterli açıqlamalar Ermənistanın, Qarabağın sonu idi", - Ter-Petrosyan bildirib.



Xəbəri paylaş

1296 dəfə oxunub.

Digər xəbərlər