Saytımızı qiymətləndirin


 
 

Xarı bülbül festivalının sürprizləri - Rəsmi açıqlama
Tarix: 11-05-2021 | Saat: 16:51
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Xarı bülbül festivalının sürprizləri - Rəsmi açıqlama

"Xarı Bülbül festivalında 15-dən artıq ölkənin nümayəndəsi, mədəniyyət və incəsənət xadimləri iştirak edəcək. Bizi Şuşadan sürprizlər gözləyir".

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Modern.az-a Şuşa rayon mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov söyləyib. O qeyd edib ki, Estoniya, Ukranya, İordaniya, Latviya, Özbəkistan, Türkmənistan və s. ölkələrdən festivala qatılanlar var:

“Bu gün Xarı Bülbül festivalında rəsm çəkmə müsabiqəsində iştirak etdilər. İllər sonra Şuşaya getdik, festival keçiririk. Bu çox qürurvericidir. Festivalda böyük bir dəstə ilə yallı rəqsi təşkil olunacaq".

Z. Abbasov festivala marağın yuksək olduğunu vurğulayaraq, pandemiya üçün bütün önləmlərin alındığını da diqqətə çatdırıb:

"Tədbirdə iştirak edəcək hər kəs COVID testi verəcək. Müsbət cavabı çıxanlar əlbəttə ki, iştirak edə bilməyəcək. Mən özüm də sabaha qədər testimi verib, cavabı alandan sonra Şuşaya gedəcəyəm.

Şuşadakı Xarı bülbül festivalı son dəfə 1991-ci ildə keçirilmişdi.1992-ci ilin may ayında festival təşkil olunası idi. Ancaq mənfur erməni daşnaqları tərəfindən Şuşa işğal olundu. Polad Bülbüloğlu dedi ki, Şuşa yoxdursa, Xarı bülbül festivalı da olmayacaq. Festivalda şuşalılar və musiqi kadrlarının hamısı iştirak edəcək".

Z. Abbasov festivalda gözlənilməz hadisələrin baş verəcəyini, sürprizlərin olacağını da istisna etməyib:

"Ramazan bayramından sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın gəlişi gözlənilir. Sürpriz ola bilər. Bəlkə də prezident elə festivala gələcək. Amma hər bir halda festival ərəfəsində, yaxın 2-3 günə, Şuşada Türkiyə Konsulluğunun binasının və məktəbin bünövrəsi qoyulacaq".



Xəbəri paylaş

1421 dəfə oxunub.

Digər xəbərlər