Alban-udi dini icmasının nümayəndələrinin Laçına növbəti səfəri başlayıb
Tarix: 11-05-2021 | Saat: 10:17
Bölmə:Karusel / Gündəm / Qarabağ | çapa göndər
1463 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-05-2021 | Saat: 10:17
Bölmə:Karusel / Gündəm / Qarabağ | çapa göndər

Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələrinin növbəti dəfə Laçın rayonuna səfəri başlayıb.
Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, səfərdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və media nümayəndələri iştirak edirlər. Səfər çərçivəsində icma nümayəndələri rayon ərazisindəki qədim alban məbədi olan “Ağoğlan” monastırını ziyarət edəcəklər.
Bu, qədim Alban kiləsəsinin əsl varislərinin "Ağoğlan" məbədinə 180 ildən sonra üçüncü ziyarətidir. Səfər Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondun maliyyə dəstəyi ilə həyata keçirilir.
Qeyd edək ki, "Ağoğlan" məbədi erməni vandalizminin qurbanı olan abidələrimizdən biridir. V-VI əsrlərə aid bazilika Ağoğlan çayının sahilində yerləşir. Abidə müxtəlif vaxtlarda uçqun və dağıntılara məruz qaldığından IX əsrdə yenidən inşa edilərək forma etibarilə monastır üslubuna uyğunlaşdırılıb.
İşğal dövründə ermənilər tərəfindən abidə saxtakarlığa məruz qalıb. Ermənilər monastırı özününküləşdirmək üçün onun memarlıq quruluşu və interyerinə qeyri-qanuni olaraq dəyişiklik ediblər.
Xəbəri paylaş
Digər xəbərlər
1-08-2022, 13:08
Şuşada daha bir İLK - Diaspor gənclərinin gözlədiyi gün yetişdi
18-04-2021, 22:29
Putinin yeni planı: Bizi də yanına çəkə biləcəkmi?
21-04-2022, 04:24
Cozep Borrel: “Avropa təhlükədədir”
14-07-2024, 14:25
Sabahdan etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq
29-09-2022, 23:59
Avropada meymunçiçəyinə yoluxma 24 mini keçdi
7-11-2025, 16:03
Prezident peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin yeni qaydada müəyyənləşdirilməsini təsdiqləyib
5-07-2022, 20:57
Putin: “Rusiya Özbəkistan rəhbərliyinin Qaraqalpaqda vəziyyəti sabitldirmək səylərini dəstəkləyir”







" style="width: 670px; height: 340px;">









