Saytımızı qiymətləndirin


 
 

ANAMA: Düşmən tank əleyhinə minaların üzərində piyada minaları basdırıb
Tarix: 08-05-2021 | Saat: 12:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

“Düşmən işğal dövründə ərazilərimizdə mina tələləri qurub. Onlar minaları basdıran zaman bütün standartları pozublar”.

Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 1 saylı təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədov deyib.

“Bir çox yerlərdə üç minanı yan-yana basdırıblar. Hansı ki, minalar bir-birilərindən müəyyən məsafədə basdırılmalıdır. O minalardan biri kimi partlayan kimi avtomatik olaraq digərləri də partlayır. Nəticədə güclü partlayış baş verir. Eyni zamanda tank əleyhinə minalarının üzərində piyada əleyhinə minaların quraşdırılması halları da qeydə alınıb. Bundan başqa, daşlı ərazilərdə basdırılan minaların üzərinə daş qoyulması faktları da qeydə alınıb”- deyə ANAMA-nın əməkdaşı əlavə edib.

ANAMA ötən il ərzində ərazilərin mina və PHS-lərdən təmizlənməsi əməliyyatları barədə məlumat yayıb - FOTOLAR - Poliqon.az



Xəbəri paylaş

1329 dəfə oxunub.

Digər xəbərlər