Saytımızı qiymətləndirin


 
 

Xalq şairi Musa Yaqub vəfat edib
Tarix: 07-05-2021 | Saat: 15:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Musa Yaqub — Vikipediya

Xalq şairi Musa Yaqub vəfat edib.

Bu barədə Qarabaqinfo.az-a Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza bildirib.

O, Xalq şairinin İsmayıllının Buynuz kəndində dəfn olunacağını bildirib. M. Yaqub sabah günorta saatlarında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub.

Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim, Buynuz kənd ibtidai məktəbində müəllim və müdir işləyib. 1967-1973-cü illərdə ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb, həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olub.

Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb. İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub. Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak edib. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasının sədri olub. İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. M.F.Axundov adına mükafata layiq görülüb. 2019-cu ildə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülüb.



Xəbəri paylaş

1330 dəfə oxunub.

Digər xəbərlər