İsmayıllıda dələduzluq edən "vəkil" saxlanıldı
Tarix: 05-05-2021 | Saat: 10:56
Bölmə:Karusel / Kriminal | çapa göndər
1458 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-05-2021 | Saat: 10:56
Bölmə:Karusel / Kriminal | çapa göndər

İsmayıllı rayonunda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinə müraciət edən rayon sakinləri özünü vəkil kimi təqdim edən Elman adlı şəxsin icarəyə torpaq sahəsi götürmək, azyaşlılara qəyyum təyin etdirmək kimi vədlər verərək onları aldatdığını və pullarını ələ keçirdiyini bildiriblər.
Daxil olmuş müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini Elman Xəlilov saxlanılıb. Araşdırma zamanı onun Ağsu rayonunda da vətəndaşların pullarını alaraq, dələduzluq etdiyi məlum olub.
E.Xəlilovun analoji əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, 050-280-45-00 mobil nömrələri, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
Xəbəri paylaş
Digər xəbərlər
3-08-2024, 08:52
Çin hökuməti İsraillə bağlı məsələyə münasibət bildirib
11-12-2024, 15:46
Əliyevin məzarını ziyarət edib - FOTO
2-08-2024, 12:58
Azərbaycana idxal edilən kərə yağının orta qiyməti 8.8 manata enib
23-01-2022, 17:57
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
10-10-2024, 12:26
Hərbi Prokurorluq MN-lə birgə Xocavənddə tədbir keçirib
12-01-2022, 22:04
Türkiyədə daha 145 koronavirus xəstəsi vəfat edib
14-01-2026, 13:21
Kiberpolis sosial şəbəkələrdə 150-dən artıq profilə müdaxilə edən hakeri həbs edib - VİDEO







" style="width: 670px; height: 340px;">









