Şevçenko Baydeni “qlobal dələduzluq”da ittiham etdi- “Soyqırımı” ifadəsinə görə...
Tarix: 26-04-2021 | Saat: 16:56
Bölmə:Karusel / Gündəm | çapa göndər
1429 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 26-04-2021 | Saat: 16:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan və Türkiyəyə qarşı daim rəğbəti ilə seçilən məşhur junalist və ictimai xadim Maksim Şevçenko Co Baydenin liderlik etdiyi ABŞ-ı 1915-ci ildə Osmanlıda baş verən hadisələri “ermənilərin soyqırımı” kimi qəbul etməsi ilə bağlı tarixin saxtalaşdırılmasında ittiham edib.
Qarabaginfo.az xəbər verir ki, jurnalist bu haqda özünün Teleqram-kanalında danışıb.
M.Şevçenkonun sözlərinə görə, Osmanlıda yaşayan ermənilərin öldürüldüyü iddia edilən erməni sayından az olduğunu nəzərə alarsaq, Baydenin səsləndirdiyi rəqəmlər qətiyyən həqiqətə uyğun deyil.
“Hər bir halda maraqlıdır, onlar 1,5 milyon qurban rəqəmini haradan götürürlər. Osmanlı imperiyasının rəsmi statistikasına əsasən, orada 1914-cü ildə 1,3 milyon erməni(qriqoryan və katoloklər) yaşayırdı. Baydenin rəsmi versiyasına görə isə, Osmanlı imperiyasında yaşayan bütün ermənilər qətlə yetirilib və üstəlik, xaricdən də bir neçə yüz min erməni gətirilərək öldürülüb”, – deyə o qeyd edib.
Şevçenko bildirib ki, ABŞ-ın hərəkətləri sübut edir ki, siyasət tarixi obyektiv elm kimi məhv edərək faktların təhrifi yolu ilə onu “imperializmin satlıq qızına” çevirir.
O əlavə edib ki, müasir elm “yaxşı təşkil edilmiş mifologiya” və “qlobal dələduzluğu” daha çox xatırladır.
(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
27-07-2023, 17:53
Hikmət Hacıyev Ermənistan parlamentinin sədrinə cavab verib
4-02-2023, 13:20
Ukraynada hərbi vəziyyətin müddəti 6-cı dəfə uzadılacaq
30-11-2021, 23:44
ABŞ-da yaşayan azərbaycanlı idmançı dünya çempionu olub
15-04-2021, 11:45
Çavuşoğlu: “Rusiya və Türkiyə qarşı tərəflərdə olsa belə, bunu əməkdaşlığa çevirə bilir”
4-05-2026, 22:25
Moskva səmasında vurulan Ukrayna PUA-larının sayı 26-ya çatıb
29-01-2021, 10:27
Bakıda avtobusla yük maşını toqquşub, yaralılar var
3-05-2023, 17:27
XİN rəhbərlərinin danışıqları bu gün də davam edir
27-09-2021, 15:57
2907 - GÜNÜN FOTOSU
13-10-2021, 23:45
Beş nəfərin ölümünə səbəb olan sürücünün qardaşı danışdı
28-05-2026, 16:01
Şoyqu: Fransa öz nüvə silahlarını digər ölkələrdə yerləşdirməyə çalışır

















