Ana Sayfa > Karusel / Gündəm > Şevçenko Baydeni “qlobal dələduzluq”da ittiham etdi- “Soyqırımı” ifadəsinə görə...
Şevçenko Baydeni “qlobal dələduzluq”da ittiham etdi- “Soyqırımı” ifadəsinə görə...26-04-2021, 16:56. Yazar: Admin |
Azərbaycan və Türkiyəyə qarşı daim rəğbəti ilə seçilən məşhur junalist və ictimai xadim Maksim Şevçenko Co Baydenin liderlik etdiyi ABŞ-ı 1915-ci ildə Osmanlıda baş verən hadisələri “ermənilərin soyqırımı” kimi qəbul etməsi ilə bağlı tarixin saxtalaşdırılmasında ittiham edib.
Qarabaginfo.az xəbər verir ki, jurnalist bu haqda özünün Teleqram-kanalında danışıb.
M.Şevçenkonun sözlərinə görə, Osmanlıda yaşayan ermənilərin öldürüldüyü iddia edilən erməni sayından az olduğunu nəzərə alarsaq, Baydenin səsləndirdiyi rəqəmlər qətiyyən həqiqətə uyğun deyil.
“Hər bir halda maraqlıdır, onlar 1,5 milyon qurban rəqəmini haradan götürürlər. Osmanlı imperiyasının rəsmi statistikasına əsasən, orada 1914-cü ildə 1,3 milyon erməni(qriqoryan və katoloklər) yaşayırdı. Baydenin rəsmi versiyasına görə isə, Osmanlı imperiyasında yaşayan bütün ermənilər qətlə yetirilib və üstəlik, xaricdən də bir neçə yüz min erməni gətirilərək öldürülüb”, – deyə o qeyd edib.
Şevçenko bildirib ki, ABŞ-ın hərəkətləri sübut edir ki, siyasət tarixi obyektiv elm kimi məhv edərək faktların təhrifi yolu ilə onu “imperializmin satlıq qızına” çevirir.
O əlavə edib ki, müasir elm “yaxşı təşkil edilmiş mifologiya” və “qlobal dələduzluğu” daha çox xatırladır.
(Moderator.az)
Geri dön |