Saytımızı qiymətləndirin


 
 

"AGF-nın prezidenti Mehriban xanım Əliyeva ilə görüşmək mənim böyük arzlarımdan biridir"
Tarix: 26-04-2021 | Saat: 09:58
Bölmə:Karusel / İdman | çapa göndər

“Mən 5 yaşından bədii gimnastika ilə məşğulam. Çox xoşbəxtəm ki, bu idman növünü seçmişəm. Çünki bu idman növü digərlərindən öz gözəlliyi ilə fərqlənir. İlk dəfə 4 yaşım olanda televiziyada məşhur bir gimnastın çıxışını izlədim və qərar verdim ki, mən də gimnast olum. O zaman biz Bakıda yaşayırdıq, qaydalara görə 4 yaşlı uşağı gimnastikaya götürmürdülər. Mənim bu istəyim gec də olsa Macarıstana köçəndən sonra reallaşdı” 
Bunu Moderator.az-a açıqlamasında azyaşlı çempion gimnastımız Mina Abbasova deyib.
İdmanı özünə həyat tərzi seçən balaca müsahibimiz böyük uğurlara imza atıb. Uzun illər Macarıstanda yaşamasına baxmayaraq Mina Abbasova qalib gəldiyi  hər bir yarışında ölkəmizin adını ucaldıb. İlk dəfə Budapeştdə yarışa qatılan müsahibimiz o günü belə xatırlayır. 
“İlk çıxışım mənim üçün sadəcə dəhşətli bir yuxu idi. Çox qorxurdum, həyəcanlı idim, özümə inamım yox idi. Fikirləşirdim ki, birdən alınmaz, birdən qalib olmaram. Amma buna baxmayaraq çıxış etdim və qalib oldum. Məni təbrik edən insanlar da çox oldu, bu məni həqiqətən də sevindirmişdi. Hal-hazırda 40-a yaxın medalım, 30-a yaxın isə kubokum var. Son 3 ildə qazandığım bütün medallar ona çox əzizdir. Macarıstanda yaşadığım üçün iştirak etdiyim yarışlarda son 3 ildə Azərbaycanı təmsil edirdim. Bunun üçün də qazandığım bütün medallar mənim üçün əzizdir. Çünki mən onları öz ölkəm adına qazanmışam. Amma onların içində mənim üçün əziz olan iki medal var ki, mən o medalları məhz Bakıda qazanmışam. 2019  il iyun ayında  Bakıda keçirilən “Cim kids” klubunun təşkil etdiyi yarışda 1-ci yerə layiq görülmüşəm. Bundan başqa bir çox ölkələrdə, o cümlədən Çexiya, Sloveniya, Slovakiya, Almaniya, İtaliya, Xorvatiya, Serbiya, Polşa, Lüksemburq və s. xarici dövlətlərdə də  iştirak edib, qalib olmuşam. Bütün bu yarışlara hazırlaşanda gecə-gündüz məşq edib, öz üzərimdə işləmişəm” deyib Mina Abbasova.
Böyük uğurlara imza atan kiçik müsahibimiz ən böyük arzusunu da dilə gətirib.
 
“Uzun illər Macarıstanda yaşayırdım və artıq 1 ildən çoxdur ki, Azərbaycana köçmüşəm, idman fəaliyyətimi burada davam etdirirəm. Ən böyük arzum Azərbaycan milli yığmasının tərkibinə qəbul olub, gələcəkdə ölkəmizi olimpiya oyunlarında təmsil edib, bayrağımızı dalğalandırmaqdır. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva ilə görüşmək də mənim böyük arzlarımdan biridir. Gələcəklə də bağlı arzularım var. Əgər istədiyim uğuru əldə etsəm çox sonralar öz klubumu yaradıb, gimnastlar yetişdirmək istəyirəm. Çünki gimnastika ilə məşğul olmağın da bəlli bir yaşı var” deyə gimnast bildirib. (Moderator.az)


Xəbəri paylaş

1442 dəfə oxunub.

Digər xəbərlər