“Soyqırım” bəyanatının qırılma nöqtəsindəki Qarabağ...
Tarix: 26-04-2021 | Saat: 09:51
Bölmə:Karusel / Qarabağ / Yazar | çapa göndər
1368 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 26-04-2021 | Saat: 09:51
Bölmə:Karusel / Qarabağ / Yazar | çapa göndər
Baydenin məlum tanıma bəyanatından sonra ermənilərin sevinci, Azərbaycan vətəndaşlarının əsəbi reaksiyaları anlaşılandırsa, Türkiyə dövlətinin bu bəyanatı sakit qarşılaması da bir o qədər şətin qavranılır. Yalnız ABŞ səfirinin XİN-ə çağrılıb etiraz bildirilməsi yumşaq diplomatik gedişdən başqa bir şey deyil. Heç ABŞ-dakı Türkiyə səfiri də geri çağırılmadı. Deməli, Türkiyə dövlətinin bildiyi işlər var, yoxsa İncirlik hərbi bazasının ABŞ üçün çox önəmli olduğunu birinci elə Türkiyə bilir. Hələ 1975-ci ildə, Amerika ilə Türkiyə arasında narazılıq yarananda, Süleyman Dəmirəl İncirlik bazasının və ümumilikdə 21 Amerika hərbi bazalarını bağlamışdı. İndi belə bir addım nə qədər Türkiyə maraqlarına cavab verir, demək çətindir. Amerika da yaxşı bilir ki, İncirlik hərbi bazasını dost bildiyi Ermənistana köçürə bilməz. Köçürə bilərmi? Əlbəttə yox. Birincisi, Rusiya qoymaz, ikincisi elə dost bildiyi Ermənistan müqavimət göstərəcək. Türkiyə böyük dövlətdir, Baydenin bir gün öncəki zəngi özündə çox məsələləri gizlədir və görünür hər iki tərəf maraqlarına uyğun olan perspektivi daha yüksək qiymətləndirərək gələcəyə baxırlar.
Bu işlərin bizə həm birbaşa, həm də dolayısı təsirləri açıq görünür. Bu siyasi proses yalnız ABŞ-Türkiyə münasibətləri ilə yekunlaşmır. Baydenin məlum bəyanatını erməni diasporası da, mətbuatı da, Ermənistan siyasiləri də 1915-ci il hadisələrinə deyil, daha çox 2021-ci ildəki Qarabağa istiqamətləndirməyi vacib hesab edirlər. “Genosid problemi Artsax məsələsi ilə birbaşa bağlıdır və İrəvan bu istiqamətdə işə başlamalıdır”. Bu tezis son iki gündə xaricdəki və daxildəki ermənilərin, eləcə də həmişə olduğu kimi erməni kilsəsinin şüarına çevrilib. Ermənistan hakimiyyətinə şərik erməni diasporası, xüsusilə Baydenin bəyanat verməsində böyük rolu olan Amerika erməni milli komitəsinin sədri Raffi Abramyan Ağ ev sahibinin “genosid” kəlməsindən sonra bildirib ki, ABŞ siyasəti “Artsaxın yaşamasına üstünlük verməli, regionda sülhü möhkəmlətməlidir”.
Bütün ermənilərin katalikosu İkinci Qaregin tələsik Baydenə məktub ünvanlayıb və bildirib ki, ABŞ tərəfindən genosidin tanınması xüsusi əhəmiyyət kəsb edir, “çünki həmin Türkiyənin dəstəyi ilə Azərbaycan Artsax əleyhinə vəhşi müharibə aparıb”.
Bu günlərdə Fransa dövlətinin rəsmiləri İrəvanda və Parisdə demək olar ki, genosiddən deyil, Azərbaycandan, Dağlıq Qarabağdan danışıblar. Fransa senatının sədri Jerar Larşe istər Parisdə, istərsə də üç gün səfərdə olduğu İrəvanda “genosid”dən deyil, Azərbaycandan, Dağlıq Qarabağdan danışıb və bizim əleyhimizə bəyanatlar verib. 44 günlük müharibədən sonra Fransa parlamentinin hər iki palatasının Dağlıq Qarabağın müstəqilliyini tanımaq üçün qəbul etdiyi qətnamə azmış kimi, Jerar Larşe bəyan edir ki, “Dağlıq Qarabağın tanınması qətnaməsi onlar üçün çox önəmlidir”.
Paşinyan isə bu gün Fransa prezidenti ilə telefon danışığında Qarabağ problemindən söz açıb, Minsk Qrupu çərçivəsində aktiv fəaliyyət göstərməyin zərurətini vurğulayıb.
24 apreldə Makrondan başqa az qala bütün Fransa rəsmiləri İrəvanda idilər, o cümlədən Fransa XİN-in dövlət katibi Jan-Batist Lemuan. O da Dağlıq Qarabağın müstəqilliyinin tanınmasından danışıb və qeyd edib ki, tanınma hələ təhlükəsizliyə zəmanət vermir. Erməni jurnalistlər həyasız suallar verməkdən çəkinməyiblər: “Fransanın Artsaxın müstəqilliyini tanımasının vaxtı deyilmi?” sualına dövlət katibi ”səhv etmirəmsə, hətta Ermənistan Artsaxın müstəqilliyini tanımayıb” - cavabını verib.
Yuxarıda qeyd olunanlardan hansı nəticələri çıxarmaq olar?
Düşmənin böyük hədəfi Qarabağdır! Genosid bəhanədir, əzabkeş obrazlarını qabardıb Azərbaycan torpağında ikinci erməni dövləti qurmaq və bu məqsədlə bütün dünyadan dəstək almaq düşmənin ən əsas hədəfidir.
Vaxtilə Putinin, bu gün də Fransa rəsmisinin deməyi ki, “hətta Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımayıb”, deməli, erməni havadarları bizə qarşı növbəti plan hazırlayırlar. Ermənistanda 20 iyun parlament seçkilərindən sonra hakimiyyətə hansı qüvvənin gəlməyindən asılı olmayaraq, formalaşacaq yeni parlamentin ilk işlərindən biri Dağlıq Qarabağın müstəqilliyinin tanınması ola bilər. Ardınca havadar dövlətlər hərəkətə keçib Azərbaycana təzyiq etmək siyasəti yürüdəcək və bizdən yüksək status tələb edəcəklər. Baş verən hadisələr, münasibətlər ona doğru aparır. Biz daha pis variantlara hazır olmalıyıq, daha doğrusu, preventiv addımlar atmalı, ərazi bütövlüyümüzün bərpası istiqamətində ləngimədən siyasi çalışmalarımızı reallaşdırmalıyıq. Biz erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılmasını, qaçqınlarımızın Dağlıq Qarabağa yerləşdirilməsini, daxili nəqliyyat infrastruktrunun açılmasını təcili gündəmə gətirməli, Laçın dəhlizi istiqamətində dövlət sərhədinə nəzarəti təşkil etməliyik.
Bu istiqamətdə Türkiyə ilə ortaq siyasət yürütməli, diplomatik səylərimizi birləşdirməli və Rusiya qarşısında 10 noyabr bəyanatının bəndlərinin tezliklə reallaşması şərtini önə çəkməliyik.
İlham İsmayıl
Xəbəri paylaş
Digər xəbərlər
20-06-2022, 17:08
İlham Əliyev sabah Özbəkistana gedəcək
1-09-2021, 15:31
Tokio-2020: Azərbaycan paralimpiyaçıları 11-ci qızıl medalı qazanıb
13-07-2023, 15:33
MN: Ağdam və Kəlbəcər istiqamətlərində erməni silahlı dəstələrinin mühəndis işləri dayandırılıb
19-07-2022, 07:34
Bayraktar Rusiyaya dronların heç vaxt satılmayacağını bildirib
21-08-2023, 11:05
Moskvaya daha bir dron hücumu - Uçuşlar dayandırıldı
21-12-2021, 10:02
Bakı məktəblərində şagird və müəllimlərin SAYI
30-01-2022, 20:51
Vaşinqton Ukrayna ilə bağlı iclasın baş tutacağına əmindir
16-11-2021, 19:38
Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan liderinə zəng edib