“Türkiyə rəhbərliyi “soyqırımı” mövzusunda uduzduğunu bilir”-Qobldan gözlənilməz cavab...
Tarix: 24-04-2021 | Saat: 17:05
Bölmə:Karusel / Siyasət | çapa göndər
1368 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-04-2021 | Saat: 17:05
Bölmə:Karusel / Siyasət | çapa göndər
"Amma bu məsələnin ermənilər üçün mənfi tərəfi də var..."
“Ankara qəzəblənəcək, ancaq bu qəzəb hər şeyi həll etməyəcək. Düşünürəm ki, Türkiyə rəhbərliyi bu mövzuda uduzduğunu bilir”.
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri qəsbkar Ermənistan mediasının “ABŞ prezidenti Bayden tərəfindən “soyqırım”ın tanınması ilə bağlı proqnozlar reallaşarsa, Türkiyə üçün bu nə demək olacaq” sualına cavabında məşhur Amerika politoloqu Pol Qobl səsləndirib.
“ABŞ prezidenti tərəfindən “erməni soyqırımı”nın tanınmasından Ermənistan nə qazanacaq?” sualını isə analitik belə cavablandırıb:
“Ermənilər bundan razı qala bilər. Amma bu məsələnin mənfi tərəfi də var․ 1915-ci ildəki kütləvi ölümlərin soyqırım kimi tanınması istəyi erməni diasporunun identikliyinin özəyini o qədər uzun müddət təşkil edirdi ki, bu qələbə ilə Ermənistan xaricindəki bir çox erməninin Ermənistana işləmək üçün əvvəlkindən daha az motivasiya olunacağı ehtimal olunur”.
Erməni müxbirin digər suallarına Qoblun cavablarını təqdim edirik:
“-Cənab Qobl, dünya mediası yazır ki, ABŞ Prezidenti Co Bayden “erməni soyqırımı”nı tanımağa hazırlaşır. Bu barədə nə düşünürsünüz? Bunun üçün hansısa zəminlər varmı?
- Bəli, düşünürəm ki, bəlkə də dünyada tanınma prosesi irəlilədikcə 1915-ci ildə baş verənlər daha səmimi bir tərzdə qınanmalıdır.
- Baydenin “tarixi həqiqət”i tanımasının səbəbi nə ola bilər? Kampaniya zamanı ABŞ-dakı erməni icmasına verilən bir vəd, yoxsa Türkiyə ilə siyasi problemlər?
- Düşünürəm ki, hər şey prezident Baydenin vədlərini yerinə yetirmək istəyi ilə bağlıdır. Türkiyə ilə problemlər işləri asanlaşdıra bilər, amma bunlar əsas deyil”
Xatırladaq ki, bundan öncə - martın sonunda Azərbaycanın Caliber.az saytına açıqlamasında Pol Qobl “ABŞ “erməni soyqırımı”nı tanısa, təəccüblənərəm” fikrini ifadə etmişdi.
“1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyacağına söz verən, ancaq vəzifəyə gəldikdən sonra bunu etməyən ABŞ prezidentliyinə namizədlərin uzun bir tarixçəsi var. Prezident Co Baydenin istisna təşkil edəcəyi təəccüb doğurur”- amerikalı politoloq belə demişdi. (Moderator.az )
Xəbəri paylaş
Digər xəbərlər
28-06-2024, 11:28
“Qayıdış Könüllüləri”nə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ
3-09-2024, 12:40
Ədliyyə naziri Göygöl rayonunda vətəndaşları qəbul edəcək
19-03-2024, 14:30
Bayramda bölgələrə getmək istəyənlərin nəzərinə!
12-01-2021, 21:05
“Laçın dəhlizindən və ya başqa ərazilərdən...”
2-10-2023, 10:10
Separatçıların keçmiş “rəhbərlər”i Ermənistana keçə bilib?
19-03-2022, 21:18
Azərbaycanda qeyri-sabit hava şəraiti martın 26-dək davam edəcək
24-09-2021, 06:59
“Ermənistan seçim etməlidir” - İlham Əliyevdən çağırış
10-01-2023, 15:59
Günəşdə güclü alışma baş verib
21-12-2020, 17:41
Dünyada COVID-19-dan ölənlərin sayı 1.7 milyonu keçib