Saytımızı qiymətləndirin


 
 

Qarabağa qayıdışla bağlı keçirilən sorğu başa çatır
Tarix: 23-04-2021 | Saat: 10:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənilərin Dağlıq Qarabağa köçürüldüyünü sübut edən abidə | Report.az

İşğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədi ilə keçirilən birinci sosioloji tədqiqat - onlayn-sorğu başa çatır.

ADA Universitetindən Qarabaginfo.az-a verilən məlumata görə, onlayn-sorğunun fəaliyyəti 25 aprel saat 20:00-da dayandırılacaq.

Bundan sonra məlumatların emalı və təhlili başlayacaq. Bu il fevralın 22-də açılan bu internet sorğusu ADA Universitetində yaradılan və müxtəlif elm-təhsil müəssisələrinin mütəxəssislərindən ibarət olan xüsusi Tədqiqat qrupu tərəfindən dövlət sifarişi əsasında keçirilir.

Sorğuda 65 min nəfər iştirak edib, sorğu səhifəsinə baxış sayı isə 400 mini aşıb. Bütün iştirakçıların fərdi məlumatları konfidensial saxlanılır.

ADA Universiteti və Tədqiqat Qrupu onlayn-sorğuda iştirak edərək öz istək, niyyət və gözləntilərini bildirən bütün məcburi köçkün vətəndaşlarımıza, sorğu ilə bağlı elan, xəbər və yenilikləri mütəmadi olaraq işıqlandıran kütləvi informasiya vasitələrinə, tədqiqatın keçirilməsinə kömək göstərmiş bütün həmkarlara əməkdaşlığa görə minnətdarlığını bildirir.



Xəbəri paylaş

1355 dəfə oxunub.

Digər xəbərlər