Saytımızı qiymətləndirin


 
 

Keçmiş deputatın oğluna qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən idman ustası özünü təqsirli bilməyib
Tarix: 26-01-2018 | Saat: 13:10
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

kecmis deputatin ogluna qarsi kulli miqdarda deleduzluqda teqsirlendirilen idman ustasi ozunu teqsirli bilmeyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Heybətovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

 

"Qarabaginfo"nun "Apa.az"a istinadən məlumatına görə, hakim Azər Paşayevin sədrlik etdiyi iclasda məhkəmə istintaqının başlanması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib.

 

R. Heybətov ittiham üzrə özünü təqsirli bilməyib.

 

Qeyd edək ki, idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətov sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovun şikayəti əsasında həbs edilib.

Elnur Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manatlıq dələduzluq əməli törətdiyini bildirib.

Faktla bağlı araşdırma aparılıb, Rövşən Heybətov saxlanılıb. Onun barəsində ötən il noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan onun barəsində ev dustaqlığı ilə bağlı qətimkan tədbiri seçilib.

 

Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

 

Elnur Məmmədov "Best of the Best” promoşn qrupunun prezidenti, həmçinin, K-1 döyüş üzrə beynəlxalq qurumun Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsidir.



Xəbəri paylaş

661 dəfə oxunub.

Digər xəbərlər