Saytımızı qiymətləndirin


 
 

Ermənilərin Cəbrayılda tikdiyi kilsə - Dünyaya qarşı böyük saxtakarlıq
Tarix: 29-03-2021 | Saat: 17:03
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Bir neçə gündür ki, ermənilər azərbaycanlıların Cəbrayıldakı erməni kilsəsini dağıtması ilə bağlı təxribat xarakterli çıxışlar edir. 27 il işğal altında qalan rayonumuzda daşı daş üstündə qoymayan, bütün tarixi və dini abidələrimizi vəhşicəsinə məhz edən mənfur düşmən öz yalan informasiyasını dünya ictimaiyyətində çatdırmaq üçün demək olar ki, hər yola əl atır.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov Yenisabah.az-a açıqlamasında qeyd edib ki, Cəbrayılda nə erməni, nə də onun kilsəsi olub:

“Bunu ermənilər bir neçə il əvvəl hərbçilərin ibadəti üçün tikmişdi. Onların bunu tikməkdə əsas məqsədi o idi ki, həmin ərazilərin gələcəkdə onlara məxsus olduğunu iddia edə bilsinlər. Hazırda atdıqları addım əsassızdır. Burada maraqlı bir fakt var ki, Cəbrayılın 5 məscidinin 5-ni də ermənilər yerlə-yeksan edib, qəbiristanlıqları dağıdıblar. Amma buna heç bir reaksiya yoxdur”.

Millət vəkili hesab edir ki, onların belə bir kampaniya başlatması sadəcə informasiya müharibəsidir:

“Hərb meydanında uduzduqlarına görə çalışırlar ki, informasiya müharibəsində qalib olsunlar. Belə hallarla biz tez-tez rastlaşacağıq. Bunlara hər zaman hazır olmalıyıq ki, müharibədə qalib biz olaq. Onların əsassız iddiaları xeyirlərinə hər hansısa nəticə verməyəcək. Əksinə, erməni xalqını daha acı duruma aparacaq, vəziyyətlərini daha da mürəkkəbləşdirəcək. Ermənilər baş verənlərdən nəticə çıxararaq əməkdaşlıq yolunu seçməlidir. Başqa şansları yoxdur”.

 

 

Ermənilərin Cəbrayılda tikdiyi kilsə - Dünyaya qarşı böyük saxtakarlıq 


Xəbəri paylaş

1339 dəfə oxunub.

Digər xəbərlər