Saytımızı qiymətləndirin


 
 

“Atam vəsiyyətində demişdi ki, Şuşa alınanda bu xəbəri mənə çatdırmaq üçün qəbrimi daşla döyəclə...”
Tarix: 22-03-2021 | Saat: 16:59
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Atam vəsiyyətində demişdi ki, Şuşa alınanda bu xəbəri mənə çatdırmaq üçün qəbrimi daşla döyəclə...”
“55 yaşım tamam oldu və bu 55 ilin təxminən 30 ilini Qarabağsız yaşadıq. Təbii ki, bunu yaşamaq ağrılı bir proses idi, çünki mən özümü xatırlayandan, yəni Moskvadan Azərbaycana qayıdandan bu mücadilənin içində olmuşam”
 
Qarabaginfo.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında yazıçı, jurnalist Orxan Fikrətoğlu deyib. O, bu günündə ən çox Vətən müharibəsində əldə etdiyimiz qələbəyə görə sevindiyini bildirib:
 
“Təbrikə görə çox sağ olun. 55 yaşım tamam oldu və bu 55 ilin təxminən 30 ilini Qarabağsız yaşadıq. Təbii ki, bunu yaşamaq ağrılı bir proses idi, çünki mən özümü xatırlayandan, yəni Moskvadan Azərbaycana qayıdandan bu mücadilənin içində olmuşam. Bu 30 il ərzində bəlkə də çox nadir insan var idi ki, efirlərdə müharibə çağırışları ilə çıxış etsin, yazılarında bunu yazsın. Hətta Azərbaycanda hamı sülhdən danışanda həmişə xalqı müharibəyə səsləyən insanlardan biri olmuşam. Ona görə 44 günlük müharibə başlayanda çox sevindim və bunun qələbəylə bitməsi təbii ki, bütün xalq kimi, mənə də çox xoş oldu. Bu ad günümdə öz şəxsi arzularım, problemlərim var, amma bununla belə başqa müsahibələrimdə də demişdim ki, əsl ziyal xalqa təmənnasız xidmət edən adamdır. Biz həmişə xalqın xidmətindəyik və ona görə də xalqın qələbəsi, uğuru öz taleyimizdən keçən amildir. Əlbəttə, çox istəyərdim ki, böyük qayıdış baş versin, Xankəndi, Xocalı və digər ərazilərin də Azərbaycan bayrağı altında uzun müddət bizə aid olması haqqında ermənilər tərəfindən təsdiqlənsin. Bununla belə bu il əlbəttə, Şuşa, digər Qarabağ torpaqları və rəmziliklər Azərbaycana aid olduğu üçün bu ilki yaşım çox fərqli oldu”. 
 
O.Fikrətoğlu atasının Şuşayla bağlı vəsiyyətindən də danışıb:
 
“Atamın Şuşayla bağlı gözəl biri şeiri var idi. Əzbər yadımda deyil, amma şeirdə “Şuşanı görərmiyim qışa qədər?” misrası var idi. Təəssüf ki, görmədi. Amma onun söylədiyini efirdə də dedim. Onun vəsiyyəti var idi ki, Şuşa alındanda gəl qəbrimi daşla döyəclə və bilim ki, alındı. Mən bunu etdim və əminəm ki, o dünyada Fikrət Sadığın da vəsiyyəti Şuşanın alınması idi, bu xalqa. Şərait yarandı, biz bunu etdik, davamlı olsun. Torpaqları, tikək, quraq, köçək, yaşayaq. Arzum budur”.


Xəbəri paylaş

1339 dəfə oxunub.

Digər xəbərlər