Saytımızı qiymətləndirin


 
 

"Bütöv Azərbaycanda Novruz" adlı onlayn bayram tədbiri keçirilib
Tarix: 22-03-2021 | Saat: 10:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

"Bütöv Azərbaycanda Novruz" adlı onlayn bayram tədbiri keçirilib
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, "Azərbaycan Mədəniyyəti" sosial platformasının və "MediaBaku.az" saytın birgə təşkilatçılığı ilə "Novruz bayramı" münasibəti ilə "Bütöv Azərbaycanda Novruz" adlı onlayn bayram tədbiri keçirilib.
 
Qarabaginfo.az xəbər verir ki, tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, "Azərbaycan Mədəniyyəti " sosial platforması media rəhbəri Fidan Oruc Əliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar kollecin müəllimi, tarixçi Rasim Rzaxanov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri, Nərimanov Bələdiyyəsinin komissiya sədri Tamerlan Əkbərov, "Azərbaycan Mədəniyyəti" sosial platformasının koordinatoru, əməkdar artist Təyyar Bayramovun tələbəsi Ruhəngiz Musayeva, "Azərbaycan Mədəniyyəti" sosial platformasının Gənclərlə İş şöbəsi və təşkilatı məsələlər üzrə rəhbər. MediaBaku.az saytının redaktoru Ümidə Rəhimova, "Azərbaycan Mədəniyyəti" sosial platformasının üzvü, Muğam müsabiqəsi lauriyyatı Ülkər Orucova, 5ci Beynəlxalq  Muğam Müsabiqəsinin qalibi, Azərbaycan Dövlət Televiziyasının (AzTv)solisti Elsevər Muradov, Azərbaycan Dövlət Milli Konservatoriyanın 3-cü kurs tələbəsi, 2017-ci il Muğam Televiziya müsabiqəsi lauriyyatı Mirəli Sarızadə, AMEA Folklor İnistitunun əməkdaşı Nigar İmaməliyeva və fəal gənclər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qonaqları və gəncləri salamladı. Azərbaycanın qədim bayramlarından olan Novruz bayramı haqqında tədbir iştirakçılarına məlumat verdi və qeyd etdi ki, Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Bahar bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi. 
 
Sonra çıxış edən "Azərbaycan Mədəniyyəti " sosial platforması media rəhbəri Fidan Oruc Əliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar kollecin müəllimi, tarixçi Rasim Rzaxanov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri, Nərimanov Bələdiyyəsinin komissiya sədri Tamerlan Əkbərov, "Azərbaycan Mədəniyyəti" sosial platformasının Gənclərlə İş şöbəsi və təşkilatı məsələlər üzrə rəhbər, MediaBaku.az saytının redaktoru Ümidə Rəhimova, AMEA Folklor İnistitunun əməkdaşı Nigar İmaməliyeva tədbir iştirakçılarını qarşıdan gələn “Novruz” bayramı münasibəti ilə təbrik etdilər və qeyd etdilər ki, qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə aparıb. Bu bayram sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.
Daha sonra "Azərbaycan Mədəniyyəti" sosial platformasının koordinatoru, əməkdar artist Təyyar Bayramovun tələbəsi Ruhəngiz Musayeva, "Azərbaycan Mədəniyyəti" sosial platformasının üzvü, Muğam müsabiqəsi lauriyyatı Ülkər Orucova, 5ci Beynəlxalq  Muğam Müsabiqəsinin qalibi, Azərbaycan Dövlət Televiziyasının (AzTv) solisti Elsevər Muradov, Azərbaycan Dövlət Milli Konservatoriyanın 3-cü kurs tələbəsi, 2017-ci il Muğam Televiziya müsabiqəsi lauriyyatı Mirəli Sarızadə tərəfindən hazırlanmış milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğamdan ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.


Xəbəri paylaş

1403 dəfə oxunub.

Digər xəbərlər