Saytımızı qiymətləndirin


 
 

Pakistanla Azərbaycan arasında 20 adda məhsulun imtiyazlı ixrac-idxalı ilə bağlı sənəd hazırlanır
Tarix: 15-10-2021 | Saat: 15:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Pakistanla Azərbaycan arasında 20 adda məhsulun imtiyazlı ixrac-idxalı ilə bağlı sənəd hazırlanır

Bu gün Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatası ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (Azərbaycan Sahibkarlar Konfederasiyası – ASK) arasında memorandum imzalanıb.

ASK-dan Qarabaqinfo.az-a verilən məlumata görə, memorandum iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına dəstək, birgə fəaliyyət üçün sahələrin seçilməsi, layihələrin müəyyənləşdirilməsi və s. məsələləri əhatə edir.

Memorandumu Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının Prezidenti Xürrəm Bhatti və ASK-nın Prezidenti Məmməd Musayev imzalayıb.

Görüşdə qeyd olunub ki, bu saziş ölkələrimiz arasında sahibkarların əməkdaşlıq əlaqələrini yeni müstəviyə çıxaracaq. Qarşılıqlı ticarət əlaqələrinin artırılması üçün görülən işlər barədə qısa müzakirələr aparılıb. X. Bhatti bildirib ki, Pakistanla Azərbaycan arasında 20 adda məhsulun imtiyazlı şəkildə ixrac-idxalı ilə bağlı sənəd hazırlanır və həmin məhsulların müəyyənləşdirilməsində ASK da öz təkliflərini verə bilər.



Xəbəri paylaş

1261 dəfə oxunub.

Digər xəbərlər