Saytımızı qiymətləndirin


 
 

Ölkənin əsas yollarındakı hazırkı vəziyyət AÇIQLANDI
Tarix: 12-03-2021 | Saat: 10:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar olaraq əsas avtomobil yollarının vəziyyəti haqqında məlumat açıqlayıb.

Qarabaginfo.az-ın məlumatına görə, ölkənin əsas yollarında hazırkı vəziyyət aşağıdakı kimidir:

 

12 mart 2021-ci il (saat 10:00)

 

S/s

 

Yolun adı (istiqamətlə)

 

 

Mövcud vəziyyəti

1

Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi

Hal-hazırda marşrut boyu qar yağır, yolun Quba və Qusar ərazisindən keçən hissəsində 8 dərəcə şaxta var. Nəqliyyatın hərəkəti təmin olunması istiqamətində yol qardan təmizlənir, enişlərə, həmçinin yoxuşlara duz qum səpilir.

Xınalıq istiqamətində yol boyu qar yağır, səhər saatlarından 15 dərəcə şaxta var. Yol boyu hərəkətin təmin olunması məqsədilə yolun hərəkət hissəsindən qar təmizlənir və nəqliyyatın hərəkəti təmin olunur.

 

2

Giləzi - Xızı

Marşrut boyu əraziyə qar yağır, 5-8 dərəcə şaxta var. Nəqliyyatın hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər, qardan təmizləmə, həmçinin tələb olunan yerlərə duz-qum qarışığı səpilmə işləri həyata keçirilir.

 

3

Bakı - Qobustan

Güclü küləklə müşayyət olunan qar yağır, Qobustan rayonu ərazisində 10-12 sm qar var, şaxta 4-5 dərəcə təşkil edir. Yolun 90-109 km hissəsində buzlaşma əmələ gəlmişdir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

 

4

Qobustan - Şamaxı - Muğanlı

Qar yağır, İsmayıllı rayonu ərazisində 15-20 sm qar var. Şaxta 2-3 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

 

5

Muğanlı - Ağsu - Yevlax

Qar yağır, Yolun Muğanlı-Ağsu hissəsində 5-6 sm qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. Muğanlı ərazisində 2-3 dərəcə şaxta var.

 

6

Bakı - Ələt - Hacıqabul

Yolun Bakı-Ələt hissəsində zəif çisgin var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

7

Hacıqabul – Ucar – Yevlax

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

 

8

Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi

Yolun Gəncə-Qazax hissəsində qar yağır, Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

9

Muğanlı – İsmayıllı

Qar yağır, qarın qalınlığı 15-20 sm arasında dəyişir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. 3-4 dərəcə şaxta var. Yolda maillik çox olan yerlərdə, körpülərdə və əsasən yolun meşə zolağından keçən hissələrində buzlaşma olduğundan  nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

 

10

İsmayıllı - Qəbələ - Oğuz - Şəki

Marşrut boyu qar yağır, İsmayıllı və Qəbələ rayonları ərazisinə 3-4 dərəcə şaxta, 10-20 sm qar, Oğuz və Şəki rayonları ərazisində 4-5 sm qar  var.  Gecə saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. Hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir.

 

11

Şəki – Qax – Zaqatala –  Gürcüstan Respublikası ilə dövlət sərhəd

Qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Şaxta yoxdur.

 

12

Yevlax – Şəki (Göybulaq)

Şəki rayonu ərazisində qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

13

Gəncə-Daşkəsən-Xoşbulaq

Daşkəsən rayonu ərazisinə möhkəm qar yağır, yol qardan təmizlənərək qum-duz səpilir. 7-8 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

 

14

Şəmkir - Gədəbəy

Marşrut boyu əraziyə qar yağır, 3-4 dərəcə şaxta var. Nəqliyyatın hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər, qardan təmizləmə, həmçinin tələb olunan yerlərə duz-qum qarışığı səpilmə işləri həyata keçirilir.

 

15

Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi

Sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

16

Masallı – Yardımlı

Yardımlı rayonu ərazisinə qar yağır, yol qardan təmizlənərək qum-duz səpilir. 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

17

Lənkəran – Lerik

Lerik rayonu ərazisinə qar yağır, yol qardan təmizlənərək qum-duz səpilir. 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

 

18

Hacıqabul – Bəhramtəpə – Horadiz

Sulu qar



Xəbəri paylaş

1334 dəfə oxunub.

Digər xəbərlər