Saytımızı qiymətləndirin


 
 

Ukrayna və Gürcüstan NATO-ya üzv olacaq
Tarix: 06-03-2021 | Saat: 00:01
Bölmə:Karusel / Siyasət | çapa göndər

"Gürcüstan və Ukrayna tarixi və coğrafi baxımdan müxtəlif ölkələr olsalar da, hər ikisi NATO-ya üzv olmağa can atır və biz bu işdə onlara kömək edəcəyik".

 

Qarabaginfo.az modern.az-a istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stolenberq Brüggedəki Avropa Kollecindəki çıxışı zamanı bəyan edib.

  

“NATO-nun qapıları açıq olaraq qalır. Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik. Çünki bu ölkələrin NATO-ya üzv olması üçün alyansın standartlarına cavab vermələri lazımdır”, - deyə Y.Stolenberq bildirib.

 

Onun sözlərinə görə, adıçəkilən ölkələr bütün diqqətini islahatlar, demokratik institutların möhkəmlənməsi və korrupsiyaya qarşı mübarizə istiqamətinə yönəltməlidir. Bu, Ukrayna və Gürcüstana NATO-ya üzv olmaq üçün kömək edəcək.

 

Baş katib həmçinin heç bir ölkənin, o cümlədən də Rusiyanın bu prosesə mane ola bilməyəcəyini qeyd edib.



Xəbəri paylaş

1397 dəfə oxunub.

Digər xəbərlər