Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda ötən ay daha 26 uşağa Polad adı verilib
Tarix: 01-03-2021 | Saat: 11:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Azərbaycanda ötən ay daha 26 uşağa Polad adı verilib

Bu ilin fevral ayında doğumu qeydə alınmış 26 uşağa Polad adı verilib.

Qarabaginfo.az xəbər verir ki, bununla da bu ilin yanvar-fevral aylarında ölkəmizdə Polad adı daşıyan yenidoğulanların sayı 38-ə çatıb.

Məlumat üçün bildirək ki, uşaqlara Polad adının verilməsi 2020-ci ildə və cari ilin iki ayında əvvəlki illərlə müqayisədə kəskin artıb. Beləliklə, ölkəmizdə Polad adı ən çox 2020-ci il ərzində məşhurlaşıb.

2018-ci ildə 55 uşağa, 2019-cu ildə 53 uşağa Polad adı verilmişdisə, ötən il Polad adı verilən uşaqların sayı 193 olub.

Qeyd edək ki, Polad adı general-mayor Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb. P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.(Report)



Xəbəri paylaş

1328 dəfə oxunub.

Digər xəbərlər
1-03-2019, 10:26 Bürclər – 1 mart