Saytımızı qiymətləndirin


 
 

“Laçında hələ də 100-120 erməni yaşayır…”
Tarix: 23-02-2021 | Saat: 11:57
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

“İki mağaza var… Zabuxdakı kənd məktəbində 20-23 erməni şagird oxuyur…”

“Kaşataq rayonundakı(işğalçı ermənilər tərəfindən Laçın, Qubadlı və Zəngilan ərazilərində qondarılmış qanunsuz inzibati vahid-S.L.) 109 yaşayış məntəqəsindən ermənilər hazırda 3-də yaşayır: Berdzor(Laçın şəhəri-S.L.), Nerkin Sus(Yeni Sus-S.L.) və Axavnoda(Zabux-S.L.). Susda- 30, Berdzorda – 100-120 nəfər, Axavnoda – 40 nəfərdən çox erməni var. Kənd məktəbində 20-23 şagird oxuyur… Hazırda Berdzorda iki mağaza var..”

Qarabaginfo.az xəbər verir ki, bu sözləri hazırda hələ də Azərbaycan Respublikasının Laçın şəhərində əyləşdiyi deyilən qondarma “Kaşataq rayonu” administrasiyasının rəhbəri David Davtyan Ermənistan mediasına müsahibəsində söyləyib.

Separatçı məmur etiraf edib ki, Laçında və adı çəkilən iki kənddə ermənilər rusların sayəsində sülənməkdə davam edirlər.

“Berdzorda ermənilərin həyatı rusların şıltaqlıqları ilə şərtlənir; bu gün bizi yaşamağa qoyurlar, sabah isə deyə bilərlər ki, qurtardı, çıxın gedin, bura sizin deyil. Berdzorda heç bir türk yoxdur, onlar rusların müşayiəti ilə konvoyla keçirlər. Amma orada bizim üçün təhlükəlidir, dağlar, dərələr nəzarətdən çıxıb. Rus sülhməramlıları isə müəyyən bir ərazidə yerləşdiriliblər”- D.Davtyan belə deyir.

“Üçtərəfli razılaşmada Artsaxla əlaqə üçün Ermənistana 5 km enində bir magistral yol verildiyi bildirilir. Rus deyir ki, bura qəsəbə deyil, magistraldır, burada sakin olmamalıdır. Ancaq Berdzorda ruslar yaşayır və onların xidmətlərə – elektrik enerjisi, su, digər sahələrdə xidmətçilərə ehtiyacı var. Bu səbəbdən şəhər tamamilə boş deyil və insanların sayı məhduddur” –deyə qondarma “rayon” rəhbəri Rusiya hərbçilərinin erməniləri Laçında xidmətçi qismində saxladıqlarını da etiraf edir. (moderator.az)



Xəbəri paylaş

2615 dəfə oxunub.

Digər xəbərlər