Saytımızı qiymətləndirin


 
 

Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur? - CAVAB
Tarix: 19-02-2021 | Saat: 10:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də amputasiya hallarında hansı əlillik dərəcələrinin təyin olunduğunu açıqlayıb.

 

NazirliyiKdən verilən məlumata görə, əsasnaməyə əsasən aşağıdakı hallarda I dərəcə əlillik müddətsiz təyin edilir:

 

- iki ətrafın güdülü (“ətraflar” dedikdə ayaqlar və qollar, güdül dedikdə “amputasiya edilmiş, travmatik qopan hissə” başa düşülür);

- iki əlin hər birində baş barmaq daxil olmaqla üç barmağın olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);

- iki əlin baş barmaq istisna olmaqla dörd barmağının olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);

- hər iki əlin bilək oynağından amputasiyası.

 

II dərəcə əlillik müddətsiz təyin edilir:

 

- bir budun güdülü;

- bir əlin güdülü.

 

III dərəcə əlillik müddətsiz təyin edilir:

 

- bir əldə üç barmağın olmaması, ankilozu və ya kəskin kontrakturası (funksional yararsız vəziyyətdə olması);

- birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması;

- baldırın güdülü, pəncənin (Piroqov üzrə və ya Şopar oynağından) amputasiyası, hər iki pəncənin (Şarp üzrə daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası (amputasiya dedikdə travmatik qopması).
Modern.az



Xəbəri paylaş

1347 dəfə oxunub.

Digər xəbərlər