Tarix: 16-01-2018 | Saat: 18:32
Bölmə:Karusel / Dünya | çapa göndər
2017-ci il dekabrın 11-də Kiyevdə axşam saatlarında yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən oğurlanan Azərbaycanın Ukraynadakı diasporunun üzvü Hikmət Abdullayev yanvarın 15-i azad olunub və cinayətdə şübhəli bilinən 3 nəfər saxlanılıb.
"Qarabaginfo" xəbər verir ki, bu barədə “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayev məlumat verib.
Ş.Qocayev bildirib ki, hadisə baş verən andan Azərbaycanın Ukraynadakı səfirliyi, Daxili İşlər Nazirliyi və Ukrayna hüquq-mühafizə orqanları arasında birgə müvafiq işlər görülüb. Səfirlik tərəfindən Ukrayna Prezidenti Aparatına, bu ölkənin Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə müraciətlər edilib, həmin qurumlarda görüşlər keçirilib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin köməkliyi və Ukrayna hüquq-mühafizə orqanlarının səyi nəticəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri öz nəticəsini verib və cinayətdə şübhəli bilinən dəstə zərərsizləşdirilib. Hazırda müvafiq əməliyyat tədbirləri davam etdirilir.
H.Abdullayevin oğlu Coşqun Səbrli isə açıqlamasında atasının azad olunmasında göstərdiyi köməkliyə görə, Azərbaycan hökumətinə, ölkəmizin Ukraynadakı səfirliyinə və Ukrayna hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirib.
Digər xəbərlər