Saytımızı qiymətləndirin


 
 

İranlı deputatlar Bakıya gəldi - FOTOLAR
Tarix: 16-02-2021 | Saat: 12:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin sədri Muctaba Zonnurun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

 

Bu barədə Qarabaginfo.az-a İranın Bakıdakı səfirliyindən məlumat verilib.

 

İran parlamentinin nümayəndə heyəti Azərbaycanlı rəsmilərlə və millət vəkilləri ilə görüşü nəzərdə tutulur.

 

İran parlamentinin nümayəndə heyətinin sabah Naxçıvan Muxtar Respublikasına da səfəri planlaşdırılır.

 

İran səfirliyi bildirir ki, bir çox tarixi və mədəni ortaqlıqları nəzərə alaraq Azərbaycan İranın xarici siyasətində xüsusi yeri tutur:

 

"İran parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri də dost və qardaş ölkə ilə bu istiqamətdə dəyərləndirilir. İranın nümayəndə heyətinin bu səfəri ilə parlamentlərarası əməkdaşlıqların ikitərəfli münasibətlərin daha da inkişafı üçün lazımi bazanı yaradacağına ümid edilir".

İranın parlament heyəti Bakıda səfərdədir (FOTO) - Gallery Image İranın parlament heyəti Bakıda səfərdədir (FOTO) - Gallery Image İranın parlament heyəti Bakıda səfərdədir (FOTO) - Gallery Image İranın parlament heyəti Bakıda səfərdədir (FOTO) - Gallery Image İranın parlament heyəti Bakıda səfərdədir (FOTO) - Gallery Image


Xəbəri paylaş

1361 dəfə oxunub.

Digər xəbərlər