Tarix: 12-11-2026 | Saat: 17:16
Bölmə:Karusel / Siyasət | çapa göndər
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili , Türkiyənin dövlət başçısı Rəcəb Tayyib
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Antalyada COP31 konfransı çərçivəsində Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Qarabaginfo.az xəbər verir ki, tərəflər Gürcüstanla Türkiyə arasında strateji tərəfdaşlığı, ikitərəfli əməkdaşlığı, həmçinin regionda və dünyada baş verən prosesləri müzakirə ediblər.
Mixeil Kavelaşvili strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinə sadiqliyini bir daha vurğulayıb və Türkiyə Prezidentini Gürcüstana səfərə dəvət edib.
Regional məsələlərin müzakirəsi zamanı xüsusi diqqət Cənubi Qafqazda davamlı sülhün möhkəmləndirilməsinin vacibliyinə yetirilib.
Görüşdə ticarət-iqtisadi əlaqələr, nəqliyyat və enerji sahəsində əlaqələndirmə məsələləri, Orta Dəhlizin inkişafı və Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti müzakirə olunub.
Digər xəbərlər

















