Saytımızı qiymətləndirin


 
 

Rəsmi Moskva: Tərəflər Əbu-Dabidəki danışıqlardan sonra irəliləyiş əldə ediblər
Tarix: 12-11-2026 | Saat: 16:32
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Kreml: Moskva Bakı və İrəvanla münasibətləri bundan sonra da inkişaf etdirəcək - TV1

Tərəflər Əbu-Dabidəki danışıqlardan sonra irəliləyiş əldə ediblər.

Qarabagimnfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Onun sözlərinə görə, bu, danılmaz faktdır.

Ryabkov qeyd edib ki, bu günki danışıqlarda Vladimir Putin Rusiyanın mövqeyini amerikalı danışıqçılara çatdıracaq.

Rusiyalı nazir müavini ABŞ-ın bundan sonrakı vəzifəsinib Avropadakı tərəfdaşlarını inandırmaq olduğunu söyləyib.

Ryabkov vurğulayıb ki,avropalılar hazırda sağlam düşüncədən istifadə etməyə meylli deyillər, onlar Kiyevi kor-koranə dəstəkləmək niyyətindədirlər.

O bildirib ki, ABŞ və Avropa yanaşmalarında ciddi bir boşluq var və avropalıların Ukrayna danışıqlarına cəlb edilməsi faydalı səylərin dayandırılmasına gətirib çıxara bilər.

 



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 21:36Günün fotoları...