Saytımızı qiymətləndirin


 
 

Matviyenko: Ermənistan KTMT-dən çıxacağı təqdirdə, çox şey itirəcək
Tarix: 12-11-2026 | Saat: 16:17
Bölmə:Karusel / Region | çapa göndər

Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko

 

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarına gələrsə, çox şey itirəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko Vyetnama səfərinin yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistan KTMT-də üzvlüyünü davam etdirib-etdirməmək barədə qərarı özü verməlidir.

“Bundan sonrası Ermənistanın öz hüququdur – KTMT-də üzvlüyünü qoruyub saxlamaq, yaxud təşkilatdan çıxmaq. Düşünürəm ki, əks qərar verəcəyi təqdirdə, Ermənistan çox şey itirəcək”, – Matviyenko vurğulayıb.

Rusiya Federasiya Şurasının sədri Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük istiqamətində səylərinin Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakı ilə uyğun gəlmədiyini də bildirib.

Qeyd edək ki, Ermənistan 2024-cü ilin fevralında KTMT-də iştirakını dondurduğunu bəyan edib. Dünən isə Moskvada keçirilən KTMT sammitində Ermənistan təşkilatdakı səsvermə hüququndan məhrum edilib.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 21:36Günün fotoları...