Saytımızı qiymətləndirin


 
 

203 maşın postdan geri qaytarıldı
Tarix: 15-12-2020 | Saat: 11:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

203 maşın postdan geri qaytarıldı

 

Baş Dövlət Yol Polisi İdarəsi icazəsi olmadığı halda giriş-çıxış məhdudlaşdırılan ərazilərə daxil olmağa çalışan sürücülərin sayını açıqlayıb.

Qarabaginfo.az-ın verdiyi xəbərə görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən verilmiş müvafiq qərara əsasən, 14.12.2020-ci il saat 08:00-dan 15.12.2020-ci il 08:00-dək olan müddət ərzində Bakı-Quba yolunun 52-ci  km-də yerləşən karantin keçid postundan 18-i rayon, 21-i paytaxt istiqamətinə olmaqla 39, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 26-sı rayon, 32-si paytaxt istiqamətinə olmaqla 58, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 68-i rayon, 38-i paytaxt istiqamətinə olmaqla 106 avtomobil geri qaytarılıb.

Ümumilikdə 203 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

 

 



Xəbəri paylaş

374 dəfə oxunub.

Digər xəbərlər